Ölkə futbolu
Anatoli Nuriyev: “Keçən il çempionat daha maraqlı idi”
“Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyevin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının VII turunda “Səbail” üzərində 4:2 hesablı qələbə qazandız. Səfərdə qazanılan 3 xalı necə şərh edərdiniz?
- Çətin oyun oldu. “Səbail”ə qarşı səfərdə oynamaq həmişə çətindir. Qazonun süni olması da öz təsirini göstərir. Bununla belə, vacib qələbə qazandıq. Uğurlu çıxışımızı davam etdirməliyik.
- Düzdür, siz matça ehtiyat oyunçular skamyasından başladınız, amma yenə də fikriniz maraqlıdı. Erkən qol komandada psixoloji baxımdan çətinlik yaratmadı?
- Əslində, ehtiyatda oturanda həmişə çətinlik olur (gülür). Amma komanda erkən qoldan sonra özünü itirmədi, tez toparlandı. Cavab qolunu da erkən vurduq. Daha sonra qolların ardı gəldi. Pis o oldu ki, ilk yarının sonuna yaxın qapımızda ikinci qolu gördük. Bu səbəbdən də fasilədən sonra işimiz bir qədər çətin oldu.
- Bu qələbə sayəsində turnir cədvəlində ikinci pilləyə yüksəldiniz. İlk 7 turu komandanız üçün necə dəyərləndirirsiniz?
- Normal demək olar. Ümumiyyətlə, hazırda oyunlar çətin keçir, çoxlu hava mübarizələri olur, standart vəziyyətlərdən xeyli qollar vurulur. Çox vuruşmaq lazımdır. Ümumi götürəndə ilk 7 turda pis çıxış etmədik. Bu da sevindiricidir.
- Bəs ötən mövsümlə müqayisədə çempionatın səviyyəsində dəyişiklik var?
- Keçən il çempionat daha maraqlı idi. Mövqelər üzrə daha gərgin mübarizə gedirdi. Amma ola bilər ki, mövsümün gedişində vəziyyət dəyişsin. Çünki hələ çempionatın əvvəlidir, cəmi 7 tur oynanılıb. Heç nə həll olunmayıb.
- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu matçdan gözləntiləriniz nədir?
- Maraqlı qarşılaşma olacaq. Qələbəyə oynayacağıq.
- Çempionu məğlub etmək şansınızı real hesab edirsiniz?
- Təbii ki, “Qarabağ”a qalib gəlmək çətindir. Amma bunun üçün əlimizdən gələni edəcəyik.
- Çempionatın ötən il daha maraqlı olduğunu qeyd etdiniz. Bəs əvvəlki mövsümlə müqayisədə “Qqarbağ” daha da güclənib, yoxsa bir qədər zəifləyib?
- Prinsipcə, “Qarabağ” hər il daha güclü görsənir. “Səbail”lə oyunlarına baxmışam. Düzdür, “Qarabağ” 2:1 hesabı ilə qalib gəldi. Amma qol şansları çox yaradırdılar. Bu səbəbdən biz də onlarla görüşdə müdafiədə çox diqqətli olmalıyıq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Gəncədə qalib aşkarlanmadı
- Millimiz FIFA reytinqində irəlilədi
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
19:00
Mbappe Ronaldonu geridə qoydu
-
18:45
“Neftçi” üçün 3 mövzuda seminar
-
18:27
Elçin Məsiyev dünya çempionatının oyununa təyinat aldı
-
17:52
Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb
-
17:39
“Çelsi”nin yarımmüdafiəçisi “Napoli”nin hədəfində
-
17:14
“Barselona”dan “Sabah”ın U-19 komandasına 7 cavabsız qol
-
16:48
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
-
16:21
“Araz-Naxçıvan” üçün seminar keçirilib
-
16:03
“Şamaxı” 8 min manat cərimələndi
-
15:56
“Turan Tovuz”un müdafiəçisi 3, “Sumqayıt”ın üzvü 1 oyunluq cəzalandı
-
15:47
Gəncədə azarkeş rekordu, bayram ab-havası, gərgin mübarizə VİDEO
-
15:39
AFFA Yunis Hüseynovu 3 oyunluq cəzalandırdı
-
15:25
Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib VİDEO
-
14:52
“Qarabağ”dan xanım azarkeşlərə jest
-
14:34
Quba Olimpiya Kompleksinin stadionunun ot örtüyü süni olacaq
-
14:18
“Qarabağ” - “Sumqayıt” oyununun biletləri satışda
-
13:41
İcraiyyə Komitəsinin üzvündən “Sabah”, yoxsa “Qarabağ” sualına maraqlı cavab VİDEO
-
13:20
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
-
12:57
Amerika kubokuna bu ölkə ev sahibliyi edəcək
-
11:36
“Mançester Yunayted” axtardığı hücumçunu Səudiyyə Ərəbistanıda tapdı
-
11:19
42 yaşlı Tiaqo Silva müqaviləsini yeniləyir
-
10:45
“Mançester Yunayted”in futbolçusunun qırmızı vərəqəsi ləğv olundu
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
"Arsenal" - "Borussiya" matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
CEV Çempionlar Liqası: "Turan" ilk oyununa çıxır
-
09:54
Ronaldo 987-ci qolunu vurdu
-
09:31
"Real" ikinci hissədə coşdu VİDEO
-
09:17
II Liqada hakim təyinatları
-
09:00
"Qalatasaray" "Aston Villa"nı məğub etdi VİDEO
-
21:02
Andrey Arşavin Bakıya gəlib
-
20:38
Daha bir boksçumuz Avropa çempionu oldu
-
19:56
CAS Seneqalı çempion elan etdi
-
18:14
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
18:00
UEFA Regionlar Kuboku: "Zəngəzur" yenə darmadağın oldu
-
17:45
Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib
-
16:33
“Turan Tovuz”dan paylaşım: “Bu oyun əzəli rəqiblərin, əbədi dostların görüşüdür!” VİDEO
-
15:59
Güləşçimiz üç il müddətinə cəzalandırılıb
-
15:27
İngilis müdafiəçi “Mançester Yunayted”in hədəfində
-
14:41
I Liqada hakim təyinatları
-
14:02
Qarabağa səfər, tarixi şəhərdə futbol günü VİDEO
-
13:38
Murad Məmmədov Konfrans Liqasına sifariş edildi
-
13:16
Qərb derbisinin biletləri satışda
-
12:54
Karyerasını “Arsenal”da davam etdirmək istəyir
-
11:45
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
-
11:00
Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”
-
10:39
"Fiorentina"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:17
İlin ən yaxşı gənc oyunçusu oldu
-
09:51
"Başakşehir"dən möhtəşəm geridönüş VİDEO
-
23:32
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
25.11.2026
24.11.2026
23.11.2026
























