25 Noyabr 2026, Çərşənbə
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Ölkə futbolu

Ağstafada futbol festivalı keçirildi

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Ağstafa şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub.

Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssisi Orxan Mikayıllı və Ağstafa UGİŞM-in direktoru Elşən Yusifov təqdim ediblər.

UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Şəki şəhərində keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30