7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

II Liqada 2 komandaya texniki məğlubiyyət verildi

Azərbaycan 2-ci liqasında mübarizə aparan "Şəki Siti" və "Haypers Quba" komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu barədə AFFA İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.

1-ci liqanın 1-ci turunun “Şəmkir”lə oyununun 84-cü dəqiqəsində “Şəki Siti” komandasının heyətində protokolda adı olmayan 77 nömrəli futbolçu Ramin Məmmədov oyuna daxil olub. Ona görə də “Şəki Siti”yə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimələnib.

“Saatlı-Araz”la oyunda “Haypers Quba”nın heyətində protokolda adı olmayan 99 nömrəli futbolçu Hakan Həsənov oyuna daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən görüşlərdə "Şəki Siti" "Şəmkir"ə 0:3 hesabı ilə uduzmuşdu, "Haypers Quba" isə "Saatlı Araz"a 3:2 hesabı ilə qalib gəlmişdi. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30