Ölkə futbolu
Fernandu Santuş azarkeşlərə səsləndi: “Millidən yapışın”
Milli komandamızın baş məşqçisi Fernandu Santuş bu gün mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə media önündə millinin heyətini açıqlayan portuqaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Mahir Emreli, Eddi İsrafilov kimi futbolçuların millidən kənarda qalmasına səbəb nədir?
- Açıqladığım heyətdə 6 legioner var. Mahir zədəlidir, məlumdur. Ümumilikdə siyahıda 50 nəfər var idi. Onların arasında seçim etdik. Şahruddin Məhəmmədəliyev, İsmayıl İbrahimli, Anton Krivostyuk, Hacıağa Hacılı zədəli olduqları üçün onlara dəvət göndərmədim.
- Artıq iki aya yaxındır millimizin baş məşqçisisiniz. Gələcəklə bağlı düşüncələriniz nədir?
- Reallıqlarla barışmaq lazımdır. Amma biz bura gəlmişik ki, gələcək üçün komanda quraq. Həmin komandanın ölkəni yaxşı təmsil etməsini istəyirik. Cəlb etdiyim futbolçular mənimlə ilk dəfə işləyəcəklər. Biz onları, onlar da bizi tanıyacaqlar. İsveçlə oyuna qədər cəmi bir neçə məşqimiz olacaq. Fiziki baxımdan hansısa dəyişiklik etməyə imkanımız yoxdur. Futbolçular klublarında necə hazırlıq keçiblərsə, elə də olacaq. İndi hansısa köklü dəyişikliklər etməyə gərək yoxdur. Gələcək üçün yüksək səviyyədə mübarizə apara biləcək rəqabətədavamlı komanda qurmaq istəyirik. Çox kompakt, istəkli, vətən üçün, bayraq üçün əzmkarlıq göstərəcək komanda yaratmaq arzusundayıq. Milliyə çağırılacaq hər bir futbolçu mənim üçün önəmlidir. Amma onlar ulduz deyillər. Ulduz ancaq göydə olur.
- Milliyə dəvət alan futbolçular ötən seçmə mərhələdə pik formada olsalar da, fayda verə bilmədilər. İndi onlarla nəyə ümid etmək olar?
- Fərdlər önəmli deyil, əsas olan komandadır. Əvvəl də demişəm, gələcəkdə də bu fikri təkrarlaya bilərəm - mənim üçün bir futboçu digərindən üstündür deyə bir şey yoxdur. Ola bilər sizin gözlədiyiniz hansısa oyunçu meydana çıxmasın. Mənim üçün hər bir futbolçu bərabərdir. Hamımız burdayıq ki, Azərbaycan naminə nəsə edək. Santuş, yaxud hansısa futbolçu üçün yox. Dediyim kimi, əsas Azərbaycanın adı, bayrağıdır. Bura elə-belə gəlməmişəm.
- Bu gün Azərbaycan Premyer Liqasında V turun oyunları start götürəcək. 3 gün ərzində dəvət göndərdiyiniz futbolçulardan hansısa zədələnsə, alternativiniz var?
- Alternativlər var. Dediyim kimi, 50 nəfərlik siyahımız var idi. Hətta dünən siyahımızda 30 nəfər yer almışdı. Yekun siyahını bu gün 24-ə saldıq.
- “Turan Tovuz”dan komandaya 2 futbolçu dəvət etmisiniz. Bu, Tovuz klubunun lider olmasına görədir?
- Azərbaycan çemponatının bütün oyunları izləyirik. Lider olmağın önəmi yoxdur. Kimi layiq biliriksə, onu da dəvət edirik. Bu, daimi hərəkətdə olan prosesdir. Bu gün başqaları gəlir, sabah digərləri olacaq. Çempionatı izləyirik və ən layiqliləri çağırırıq. Premyer Liqanın 4 klubundan millidə futbolçu yoxdur. Amma bu o demək deyil ki, gələcəkdə də olmayacaq. Hər futbolçuya böyük hörmətim var. Eləcə də mətbuata. Heyəti sizin önünüzdə açıqlamağım da bundan irəli gəlir.
- Milliyə 3 sağ cinah müdafiəçisi dəvət etmisiniz. Bu, taktiki gediş üçündür, yoxsa onlardan hansınısa fərqli mövqedə sınayacaqsınız?
- Təbii ki, belə ehtimal var. Portuqaliyada işləyəndə də belə addımlar atmışam. Mərkəz müdafiəçisinin cinahda oynamasını görmüşük. Lazım olsa, bu addımı atarıq.
- Qarşıdakı oyunlarda hansı nəticələr sizin üçün uğur sayılacaq?
- Dünyada elə bir məşqçi yoxdur ki, qələbədən başqa nəticəni istəsin. Elə bir komanda yaratmaq istəyirik ki, inamlı və iddialı olsun. Futbol sadə oyundur. Taktiki, texniki tərəfləri bəllidir. Əsas olan topu çərçivədən içəri keçirməkdir. İndiki məqamda əsas baza əlimdə olan futbolçulardır. Onlar da klublardakı performansa əsas yığmaya çağırılıblar. İlk dəfə birgə işləyəcəyik. Mən hələ bilmirəm onlar necə müdafiə olunurlar, necə hücum edirlər, məşqçinin tapşırıqlarını necə yerinə yetirirlər. Çalışacağıq ki, öz dəsti-xətti olan kollektiv yaradaq.
- “Zirə”, “Sabah” və “Sumqayıt”ın avrokuboklarda mübarizəni dayandırması millimizə mənfi təsir göstərə bilər?
- Heç bir təsir olmayacaq. Bəzən futbolçunun da istirahətə ehtiyacı olur. Futboçuya bərpa lazımdır. Bu həftə turun son oyunu - “Zirə”-“Qarabağ” matçı sentyabrın 1-dədir. Demək, bu klubun futbolçuları sentyabrın 2-dəki məşqimizə qoşula bilməyəcəklər. Çünki onlar oyun gününün səhəri bərpa prosesi keçməlidirlər.
- Arif Əsədovun gedişindən sonra onun yerinə millinin məşqçilər korpusuna yerli məşqçi cəlb olunmayıb. Bu, güvənsizlikdən irəli gəlir, yoxsa hələ istədiyinizi tapa bilmirsiniz?
- O yerə mütləq təyinat olacaq, iş gedir. Ola bilər bir neçə gün sonra, yaxud növbəti toplanışa qədər bu məsələ həll olunsun. Millidə azərbaycanlı məşqçinin Azərbaycan futbolu üçün müsbət haldır.
- Bayaq qeyd etdiniz ki, ulduz yerdə yox, göydə olur. 2016-cı ildə Ronaldo göydə idi?
- Tək o yox, hamısı (gülür). Təbii ki, Ronaldo dünyanın ən yaxşısıdır. Amma tək heç kim qələbə qazanmır. Yalnız komanda şəklində qalib gəlmək mümkündür. Bu gün bura gəldiyiniz üçün sizə təşəkkür edirəm. Bir xahişim olacaq. Çox istərdim ki, milliyə dəstək olasınız. Azarkeşlərə səslənirəm. “Qarabağ”ın avrokubok oyununa 30 min azarkeş gəlir, amma çempionat oyununa 300 nəfər. Ancaq bölgələrdə, “Turan Tovuz”un ev oyunlarına azarkeşlər gəlir. Milli komandadan yapışın. Bu, gələcəyin layihəsidir. Milliyə inanın. Məni dəstəkləmək lazım deyil, oyunçuların, millinin buna çox ehtiyacı var. Çox istərdim ki, azarkeşlər millinin oyunlarında stadionları doldursunlar.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

