Ölkə futbolu
Rəşad Sadıqov: “Pley-off-da qələbə qazanmaq başqadır”
“Matça hazırlaşmaq çətin idi. Birinci oyunda 0:6 hesabı ilə uduzmuşduq. Amma maksimum köklənmişdik. Sona qədər mübarizə aparmaq istəyirdik. İlk 15-20 dəqiqə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar vurmaq ümid yaradar. Təbii ki, 6:0-dan dönüş görməmişəm. Amma çalışırdıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində Kipr "Omoniya"sı ilə cavab görüşündən (1:0, ilk oyun - 0:6) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis turnirdə mübarizəni başa vurmaqlarına baxmayaraq, komandasının avrokuboklardakı mübarizəsindən razı qaldığını bildirib: "Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off-da qələbə qazanmaq başqadır. Futbolçular çox yüklənmişdilər. "Omoniya" çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm. Builki avrokuboklardan çox razı qaldım. Onları ürəkdən təbrik edirəm. Bütün fikrimizi çempionata verəcəyik".
R.Sadıqov "Oyun göstərdi ki, "Omoniya"nı keçmək olardı. Bir həftə əvvələ qayıtsaydınız, nəyi dəyişərdiniz" sualını bu cür cavablandırıb: "Müəyyən şeylər var ki, dəyişərdim. Səfərdə daha müdafiəyəmeyilli heyət qurmalıydıq. Bizdə bəzən futbolu elə təhlil edirlər ki, reallıqdan uzaq. Baxırsan ki, o bizim qərarlarımıza təsir edir. Düzgün deyil, zəiflikdir. O məqamda nəyi düzgün görürsənsə, etməlisən. Həmin oyuna daha ehtiyatlı sistem buraxmaq istəyirdim. İki mərhələ keçmişdik. Birdən-birə elə dəyişiklik edərək bütün məsuliyyəti üzərinə götürmək çətin qərardır. İlk oyunda daha minimalhesabla uduzmaq olardı. Düzgün nəticə çıxarsaq, 6:0 da bizim üçün təcrübədir. Gələcəkdə bu mərhələyə gəldikdə, daha düzgün qərar verəcəyik".
O, komandasındakı dəyişikliklərdən də danışıb: "Futbolçular bir-birinə daha çox uyğunlaşırlar, oyun intizam artır. Vacib olan bunları saxlayıb, bir az inkişaf etdirməkdir. Təəssüflər olsun ki, bu mərhələyə gəlib çıxana qədər ciddi itkilərimiz oldu. Sol cinahda ötən mövsüm Məqsəd İsayev oynayırdı. Bu gün onu alışdığımız Məqsəd kimi gördük. O da formasını bərpa edib. Səfərdəki oyunda Hacıağa Hacılı isinmədə zədələndi. Özü ilə danışdıq ki, dözə bilərsən? İynə ilə oynadı. Zədə performansına təsir edirdi. Xırda detallar kimi görünə bilər. Amma təsir edən detallardır. Bu gün rəqibə rahat olmasına imkan vermirdik. "Omoniya"ya topla rahat oynamağa imkan vermək istəmirdik. Birinci oyuna qayıtsaydıq, bəzi şeyləri dəyişərdik. Təcrübədir. Sırf çempionata köklənəcəyik. "Qarabağ" da avrokubok matçı oynayıb. Heyətimizdə itkilər çoxdur, rotasiya üçün imkanımız azdır. İstədiyimiz nəticəni almağa çalışacağıq. "Qarabağ", "Sabah" və "Neftçi" çempionatın favoritidir. Belə məqamlarda dözməli, xarakter göstərməliyik".
"Zirə" "Omoniya"ya 0:6 hesabı ilə uduzduqdan sonra Azərbaycan Premyer Liqasında "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub. R.Sadıqov komandasını bugünkü cavab matçına necə köklədiyini açıqlayıb: "Kollektivimizə güvənirəm. Ən az hazırlaşdığımız, danışdığımız oyun idi. Matçdan öncə də "ustanovka" az oldu. Taktiki tapşırıqları dünən verdik. Daha çox hər şeyi özlərinə buraxmışdım. İnanırdım ki, bu vəziyyətdən düzgün çıxış yolu tapacaqlar".
Mütəxəssis məşqçi kimi qarşısına qoyduğu hədəflərdən də söz açıb: "İlk növbədə bu nəticələri stabilləşdirməkdir. Futbol elədir ki, dünya çempionu olursan, 2-ci dəfə bunu etmək çətindir. Futbolçularında hansısa rahatlıq baş verə bilər. Hədəfim bu nəticələri stabil etmək, avrokuboklarda hər il çıxış edib, xallar toplamaqdır".
Ötən gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo"ya uduzdu (0:2, ilk oyun - 0:3). Bu gün isə "Zirə" isə "Omoniya" səddini keçə bilmədi. "Qarabağ" və "Zirə" Azərbaycan Premyer Liqasının 5-ci turunda bir-biri ilə üz-üzə gələcək. R.Sadıqov isə "Demək olar ki, "Qarabağ"a qarşı tarixin ən güclü "Zirə"sini görəcəyik" sualına cavab verib: "Tam heyətlə olsaydıq, razıyam. Üç gündən bir oynamaq çətindir. Təəssüflər olsun ki, 4-5 itkimiz var. Futbolçuların durumu sabah bəlli olacaq. "Qarabağ"la oyunda ən güclü "Zirə"ni görə bilməsək də, ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
09.11.2026
08.11.2026
07.11.2026

















.jpeg)

.jpg)




