19 Iyun 2026, Cümə
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
"Qarabağ"dan daha bir transfer
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
Cəlal Rumıniya klubunda

Ölkə futbolu

Dembo Darbo rəsmən "Neftçi"də

"Neftçi" heyətinə yeni futbolçu qatıb.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi qambiyalı hücumçu Dembo Darbonu transfer edib. "Neftçi" forvardla 2 illik müqavilə bağlayıb. O, komandada 22 nömrəli formanı geyinəcək.
 
Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.
 
Qeyd edək ki, "Neftçi" bunadək Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer,  Andrey Ştoqrin, Rüstəm Samiqullin  Rafal Quzzo və Mustafa Seki sıralarına qatıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30