8 Avqust 2026, Şənbə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Ölkə futbolu

Halilhodziç: "İnanıram ki, "Dinamo" "Qarabağ"ı keçəcək"

"Qarabağ" ilk hissədə bir-iki qol vursa, eyforiyaya düşə bilər. Digər tərəfdən bu, "Dinamo"nu panikaya sala bilər. Amma mən inanıram ki, "Dinamo" "Qarabağ"ı keçəcək".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi Vahid Halilhodziç Xorvatiyanın "vecernji" nəşrinə açıqlamasında deyib.
 
Bosniyalı mütəxəssis qeyd edib ki, "Dinamo"nun ilk oyunda "Qarabağ"ı 3 cavabsız qolla məğlub etməsi komandaya böyük üstünlük verib: "Həmin 3:0 hesabı qeyri-adi nəticədir. Onu da etiraf etmək lazımdır ki, rəqibin də qol vurmaq üçün üç-dörd gözəl fürsəti var idi. Ancaq bundan istifadə edə bilmədilər. "Dinamo" üçün 3:0 hesabı Çempionlar Liqasının əsas mərhələsinə daxil olmaq üçün böyük üstünlükdür. İnanıram ki, "Dinamo" irəliləyəcək".
 
PSJ, Yaponiya və Əlcəzair millisinin keçmiş çalışdırıcısı "Qarabağ"ın ilk görüşdə yaxşı oyun nümayiş etdirdiyini də bildirib: “Qarabağ” topa yaxşı sahib olur, texniki cəhətdən çox yaxşı və sürətlidir. Onlar bir neçə riskə getdilər. “Dinamo” bundan necə istifadə edəcəyini bilirdi. Kulenoviç “Dinamo” üçün iki vacib qol vurdu.  “Dinamo” bu üstünlüyü əldən verməməlidir.  Baxmayaraq ki, Bakıda çətin olacaq".
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31