5 May 2026, Çərşənbə axşamı
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

8 illik həsrət bitdi - İki klubumuz avrokubokların pley-off mərhələsində

“Zirə” klubu tarixində ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Rəşad Sadıqovun komandası bu gün “Osiyek”ə (Xorvatiya) qarşı görüşdə rəqibi üstələyib. Bu komandaların ilk matçı 1:1, Bakıdakı cavab qarşılaşmasının əsas və əlavə vaxtı isə 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini məğlub edən (2:1) “Zirə” növbəti mərhələyə adlayıb.
 
Beləliklə, bu mövsüm Avropa kuboklarının pley-off mərhələsində Azərbaycanın 2 klubu yarışacaq. “Zirə” KL-də, “Qarabağ” isə Çempionlar Liqasının təsnifat mərhələsinin sonuncu - 4-cü raundunda oynaya biləcək.
 
“Zirə” Omoniya" (Kipr), “Qarabağ” isə “Dinamo” (Xorvatiya) üz-üzə gələcək. 
 
Qeyd edək ki, son dəfə Azərbaycanın 2 klubu avrokubokların pley-off mərhələsində 2016/17 mövsümündə çıxış edib. 2016-cı ilin yayında “Qarabağ” və “Qəbələ” əvvəlcə Avropa Liqasının pley-off, sonra isə qrup mərhələsinə vəsiqə qazanıb.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31