28 Oktyabr 2026, Çərşənbə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
Ribeyro 2 oyunluq cəzalandı
DÇ: U-15 millimiz Çiliyə məğlub oldu
“Qarabağ” Abbasla vidalaşdı

Ölkə futbolu

"Qarabağ"ı yenidən məğlub etmək üçün heyətimiz güclüdür"

"Fikrimcə, çətin oyun olacaq. Əlbəttə, rəqib çox güclüdür. Amma bizim evdə üstünlüyümüz var".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ludoqorets"in (Bolqarıstan) yarımmüdafiəçisi Deroy Duarte bildirib. 
 
Komandası barədə müsbət fikirdə olan Kabo-Verde millisinin 25 yaşlı üzvü həmçinin deyib: 
 
"Qarabağ"ı yenidən məğlub etmək üçün heyətimiz yetərincə güclüdür. Heç kim asanlıqla təslim olmur. Bunu biz əla başa düşürük. Biz qarşıdakı oyuna yaxşı hazırlaşmışıq". 
 
Xatırladaq ki, "Ludoqorets" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu komandaların ilk görüşündə Ağdam klubu 1:2 hesabı ilə uduzub.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31