1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan ötən həftə ilə müqayisədə UEFA-nın əmsallar cədvəlində geriləyib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu həftə keçirilən Avropa kuboklarının oyunlarında mübarizə aparan 3 komandamızdan yalnız biri reytinqə xal əlavə edə bilib. 
 
Məlum olduğu kimi, "Qarabağ" Çempionlar Liqasında "Ludoqorets"ə (1:2), "Sabah" isə Konfrans Liqasında “Sent Patriks”ə (İrlandiya) uduzub (0:1). Yalnız "Zirə" Xorvatiyada "Osiyek"lə görüşdə heç-heçə (1:1) edə bilib. Bunun sayəsində Azərbaycanın reytinqinə daha 0.125 xal əlavə olunub. Hazırda ölkəmizin ümumi xalı 18.500 təşkil edir. Bu nəticə ilə Azərbaycan ötən həftə ilə müqayisədə 1 pillə geriləyərək 24-cü yerə düşüb.
 
23-cü pilləyə isə Slovakiya yüksəlib (18.750 xal). Azərbaycandan bir pillə gerini - 25-ci yeri bölüşdürən İsveçlə Bolqarıstanın isə 18.375 xalı var.
 
Reytinqə əvvəlkitək İngiltərə (89.160 xal) başçılıq edir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30