31 Avqust 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
“Zirə” “Neftçi”ni məğlub etdi
Dieqo Rosa rəsmən “Qarabağ”da
"Şəfa" öz meydanında uduzdu

Ölkə futbolu

Azərbaycan Premyer Liqası: XXI əsrdə üçüncü məhsuldarlıq qeydə alınıb

Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümü məhsuldar keçən I turla başlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu, start üçün XXI əsrin üçüncü göstəricisidir.
 
İlk turun 5 oyununda 16 qol vurulub. “Araz-Naxçıvan” - “Qarabağ” (1:4) və “Zirə” - “Səbail” (4:1) görüşlərinin hərəsində 5, “Sabah” - “Şamaxı” (2:2) matçında 4, “Sumqayıt” - “Kəpəz” (2:0) qarşılaşmasında 2 top qeydə alınıb. Yalnız “Neftçi” - “Turan Tovuz” görüşündə qol vurulmayıb.
 
Mövsümün ilk turunun orta məhsuldarlığı 3,20 olub. Yalnız iki dəfə I tur daha məhsuldar olub. 2001/2002 mövsümündə bu rəqəm 4,00-a, 2017/2018 mövsümündə 3,25-ə bərabər olub. 23 il əvvəl 5 oyunda 20 top vurulubsa, 7 il öncə 4 qarşılaşmada 13 qol qeydə alınıb.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 2-də start verilib (pfl.az).







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31