Ölkə futbolu
Patrik Andrade: “Qələbəyə baxmayaraq, istədiyimiz formada deyilik”
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Azərbaycan Premyer Liqasının ilk turunda “Araz-Naxçıvan”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Mövsümün açılış oyununda “Araz-Naxçıvan” üzərində qazanılan qələbəni necə şərh edərdiniz?
- Böyükhesablı qələbəyə baxmayaraq, istədiyimiz formada deyilik. Çempionatın əvvəlidir. Yaxşılaşdırmalı olduğumuz detallar var. İnanıram ki, növbəti turlarda daha yaxşı çıxış edəcəyik.
- Artıq çempionat start götürdü və avrokuboklardakı çıxışınızı davam etdirdiyinizi nəzərə alsaq, həftədə iki oyuna çıxacaqsınız. Təqvimin sıxlığı problem yaradacaq, yoxsa “Qarabağ” artıq buna öyrəşib?
- Əslində, sıx qrafikdə oynamaq həmişə çətindir. Amma şükür ki, heyətimiz genişdir. Demək olar ki, iki heyətimiz var. Bu səbəbdən də baş məşqçimiz həm avrokuboklarda, həm də ölkə çempionatında rotasiyalar edir. Ona görə də təqvimin sıxlığı bizim üçün elə bir çətinlik yaratmır.
- Növbəti matç “Ludoqorets”ə qarşıdır. “Qarabağ” qələbə seriyasını Bolqarıstan çempionu ilə matçda da davam etdirə biləcək?
- Rəqibi analiz edəcəyik, lakin əsas məsələ “Ludoqorets” yox, özümüzük. Oyun keyfiyyətlərimizi artırmalı, gücümüzə güvənməliyik. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirəcəyik.
- Vaxtı ilə Bolqarıstan çempionatında, “Çerno more”də oynamısınız. Həmin vaxtdakı “Ludoqorets”lə indiki komanda arasında fərq var?
- 4 il əvvəllə müqayisədə “Ludoqorets” çox şey dəyişib. İndiki heyətə, oyunçulara yaxından bələd deyiləm. “Çerno more” ilə yoxlama oyunlarına baxmışam. Hiss olunur ki, yaxşı komandadır. Dediyim kimi, bizi “Ludoqorets”lə iki maraqlı oyun gözləyir.
- Maraqlıdır, 2018-2020-ci illərdə “Çerno more”nin heyətində “Ludoqorets”lə oyunlarınız necə nəticələnirdi?
- Təəssüf ki, qələbəmiz olmayıb. Ya “Ludoqorets”ə uduzmuşuq, ya da heç-heçə olub. Amma biz onlara ən çox başağrısı verən komanda olmuşuq.
- Bolqarıstandakı publikanı necə təsvir edə bilərsiniz?
- Ab-hava çox yaxşı olur. “Ludoqorets”lə matçlar maraqlı keçəcək. Orada çoxlu dostlarım var. Oyunları izləməyə gələcəklər.
- Leandro Andrade də sizinlə birgə “Çerno more”də çıxış edib, “Ludoqorets” ona da tanış rəqibdir. Maraqlıdır, püşkdən sonra Leandro ilə bunu necə qarşıladınız?
- Leandro ilə köhnə günləri xatırladıq. Hesab edirik ki, Bolqarıstana qayıtmaq maraqlı olacaq. Dostları görəcəyik, ötən günləri yada salacağıq. Bir sözlə, maraqlı olacaq.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























