8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

"Qarabağ" ardıcıl 11-ci dəfə avrokubokların qrupunda

"Qarabağ" Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi səfərdə  2:0 hesabı ilə üstələdiyi "Linkoln"u (Cəbəllütariq) Bakıda 5 cavabsız qolla məğlub etməklə buna nail olub.

Qurban Quranovun komandası bununla da ən azı Konfrans Liqasının qrup mərhələsini təmin edib. Çünki "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində uduzsa, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək. Bu mərhələdə mübarizəni dayandıracağı təqdirsə isə Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək.

Bu isə o deməkdir ki, "Qarabağ" ardıcıl 11-ci mövsümdə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31