Ölkə futbolu
Rövlan Muradov: "İndidən təslim olacağıqsa, heç səfərə getməyə dəyməz"
“Oyuna yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra sistem dəyişdi. Səbuhi Abdullazadə keçdi arxaya. Daha çox müdafiəni düşündük. Bəsit qollar buraxdıq və uduzduq”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov deyib.
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında “Sumqayıt” öz meydanında Macarıstan “Fehervar”ına 1:2 hesabı ilə uduzub. Doğma meydandakı yenilgiyə baxmayaraq, 26 yaşlı futbolçu cavab oyunu üçün ümidlidir: “Təslim olmaq olmaz. Qarşıda bizi cavab oyunu gözləyir. Səfərdə işimiz çətin olsa da, sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayan tərəf biz olaq”.
R.Muradov hakimlərin idarəçiliyindən narazılıq edib: “Hakim səhvlərə yol verirdi. 90 dəqiqə ərzində bəzi qərarları əleyhimizə idi. Halbuki müəyyən epizodlarda fərqli qərarlar qəbul etmək olardı. Bəzi sarı vərəqələri də boş-boşuna göstərdi. Təkbətək mübarizələrdə, yaxud bəzən adicə aut atışlarında yanlışlığa yol verirdi. Bu da istər-istəməz bizləri aqressivləşdirirdi”.
O, yeni transferlərlə anlaşmada hər hansı problem yaşamadıqlarını qeyd edib: “Slavişa Radoviç, Fernando Medeiros, Rəhim Sadıxov və Nikola Vujnoviç ilk dəfə idi rəsmi matçda bizimlə birgə meydana çıxmışdılar. Buna baxmayaraq, anlaşma çox yaxşı idi. Amma mən oyunları barədə nəsə deyə bilmərəm. Bu barədə baş məşqçi danışsa, daha yaxşı olar”.
“Sumqayıt”ın yarımmüdafiəçisi rəqibin onları heç nə ilə təəccübləndirmədiyini vurğulayıb: “Deməzdim ki, bizi nə iləsə təəccbüləndirdi rəqib. Necə düşünürdüksə, elə də oynadılar. “Fehervar”dan heç də zəif deyilik. Sadəcə qırmızı vərəqə bütün planlarımızı pozdu. Tam heyətlə mübarizə aparsaydıq, hesab başqa cür olardı”.
Rövlan Muradov bildirib ki, cavab görüşündə vəziyyəti dəyişməyə çalışacaqlar: “Oyundan dərhal sonra paltardəyişmə otağında məşqçilər korpusu ilə cavab görüşü barədə qısaca söhbətimiz oldu. Onlar da bildirdilər ki, təslim olmaq olmaz. Qarşıda cavab oyunu var. İndidən təlim olacağıqsa, heç səfərə getməyə dəyməz. Mübarizəmizi sonadək aparacağıq. Düşünürəm ki, şansımız var”.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























