9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Sabah”ın baş məşqçisi: “Hələ heç nə həll olunmayıb”

“Öncə futbolçularımı təbrik edirəm. Bu gün onlar yaxşı oynadılar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə Hayfa “Makkabi”sinə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Böyükhesablı qələbəyə baxmayaraq, o, hələ cütün taleyinin həll olunmadığını bildirib: “Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Belə də oldu. "Makkabi" əla komandadır. Hələ heç nə həll olunmayıb”.

Xorvat mütəxəssis hələ də İsrail təmsilçisini favorit sayır: “Biz sadəcə ilk oyunu keçirmişik. Qarşıda isə cavab görüşü var. Konsentrasiyanı qorumaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Yenə də "Makkabi"ni favorit sayıram”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31