3 Avqust 2026, Bazar ertəsi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

Millimiz Avropa çempionatında iştirak şansını davam etdirir

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının birinci pley-off mərhələsinə vəsiqə qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, yer aldığı B Liqasının 1-ci qrupunda 4 xalla sonuncu - dördüncü yeri tutan millimiz final mərhələsində iştirak şansını davam etdirir. Komanda B Liqasının qruplarında ən yaxşı dördüncü yerin sahibi kimi bu hüquqa yiyələnib.
 
İyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının rəqibi B Liqasında yoluna davam edən digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq: Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna, Şimali İrlandiya.
 
Qeyd edək ki, birinci pley-off mərhələsinin oyunları oktyabrın 23-də və 29-da keçiriləcək. 6 cütün qalibi ikinci pley-off mərhələsinə vəsiqə qazanacaq.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31