11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

"Qəbələ"dən növbəti transfer

"Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
"Qəbələ" akademiyasının yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.
 
Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31