6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

VI “Neftçili Yay Futbol Düşərgəsi”ndə 2-ci qrup mükafatlandırıldı

“YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən VI “Neftçili Yay Futbol Düşərgəsi” layihəsində 2-ci qrupa yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi” Futbol Mərkəzində baş tutan əyləncəli səhər proqramından sonra mükafatlandırma mərasimi təşkil olunub.

Uşaqlara sertifikat və hədiyyələri “Neftçi” PFK-nın mətbuat katibi Emin Əfəndi və komandanın gənc qapıçısı Rza Cəfərov təqdim ediblər.

Daha sonra “Neftçi Arena”ya yollanan iştirakçılar üçün stadion turu təşkil olunub. Uşaqlar klubun muzeyi, fan mağaza, “Neftçi”yə aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olublar.

İyunun 29-dək davam edəcək layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31