Ölkə futbolu
Kristian Avram: “Bir nəfər ortaya çıxdı və transferimə mane oldu”
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın Futbolxeber.az saytına müsahibəsi
- İstirahət necə keçir? Gərgin mövsümün yorğunluğunu üzərinizdən ata bilmisiz?
- Hər şey qaydasındadır. Moldova millisinin düşərgəsində olduğum üçün istirahətə bir qədər gec başladım. Ailəmin ətrafında dincəlirəm. Gücümü bərpa edirəm. Artıq bir neçə gündən sonra məşqlərə başlayacağıq.
- “Araz-Naxçıvan”la müqaviləni yenilədiniz. Başqa təklif var idi? Seçimdə həlledici amil nə oldu?
- Bir neçə təklif var idi. Digər çempionatlardan da, eləcə də Azərbaycanın başqa bir klubundan da. Həmçinin “Araz-Naxçıvan” da məni heyətində saxlamaq istəyirdi. Rəhbərlik yeni müqavilə təklif etdi. Biz də sözləşməni uzatmaq qərarına gəldik və bu durumdan məmnunam.
- Komandanı bir çox futbolçu tərk edib. Bu, “Araz-Naxçıvan”ın çıxışına nə dərəcədə təsir edəcək?
- Bəli, bilirəm ki, bir neçə futbolçu klubla müqaviləsini yeniləməyib. Vacib məqam odur ki, yeni oyunçular gəlib. Bildiyim qədər güclənmə davam edəcək. İnanıram ki, güclü, keyfiyyətli transferlər reallaşacaq. Yüksək hədəflər uğrunda mübarizə apara biləcək heyət formalaşdırılır.
- Yeni mövsüm üçün hədəflər nə olacaq?
- Hələlik istirahətdəyik. Lakin bilirəm ki, qarşımıza ciddi hədəflər qoyulacaq. Komanda hər oyunda qələbə qazanmaq üçün, hər xal üçün vuruşacaq. Hazırlıqlara başlayandan sonra nə tələb olunduğunu dəqiq biləcəyik. Əminəm ki, rəqabətə dəvamlı komandamız olacaq.
- Yəqin xəbəriniz var, “Zirə” Avroliqada “Şerif”lə qarşılaşacaq. Hər iki komandanı yaxşı tanıyırsınız. Şansları necə dəyərləndirirsiniz?
- Əlbəttə, püşkün nəticəsindən xəbərim var. Düşünürəm ki, “Zirə” ilə mübarizədə “Şerif” favoritdir.
“Şerif” hər il avrokuboklarda oynayır. Üstəlik, onlar mütəmadi olaraq avrokubokların qrup mərhələsində də mübarizə aparırlar. Bizi 2 maraqlı oyun gözləyir. Böyük həvəslə mən özüm də bu matçlara tamaşa edəcəyəm. Maraqlı mübarizə gedəcək. “Zirə” üçün bu, yaxşı təcrübə olacaq. Qoy güclü qalib gəlsin.
- Maraqlıdır ki, Moldova millisinə dəvət alırsınız, vətəndə bir neçə klubda oynasanız da, “Şerif”lə yollarınız heç vaxt kəsişməyib...
- 2 il qabaq belə ehtimal var idi. Rəsmi təklif də almışdım. Danışıqlar aparmışdıq. Sonradan bir nəfər ortaya çıxdı və transferimə mane oldu. Təəssüflənmirəm. Nə olubsa, olub. Həmin hadisədən sonra mən inkişaf etməyə davam etdim. Düşünürəm ki, karyeramda çox şeyə nail olmuşam və bu, ən vacibidir.
- Avro-2024-ün oyunlarını izləyirsiniz? Favoritləriniz hansı komandalardır?
- Oyunları izləyirəm. Ancaq istirahətdə olduğum üçün futbola çox vaxt ayırmıram. Aşkar favoritim yoxdur. Daha çox gözəl oyundan zövq almağa çalışıram.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- "Vilyarreal"ın qələbəsi
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Millimiz FIFA reytinqində irəlilədi
- Gəncədə qalib aşkarlanmadı
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- U-20 millimiz İraqa qalib gəldi
-
16:43
Bərdədə atletika üzrə rayon birinciliyi keçirilib
-
15:51
Tovuzda heyətlər açıqlandı
-
15:00
Lyubomir Tupta: “Azarkeşlər bizə əlavə güc verirlər”
-
14:15
“Zirə”nin braziliyalısı “Neftçi” ilə oyun haqda: “Erkən qol buraxmağımız işimizi çətinləşdirdi”
-
13:34
"Çelsi" yenə xalsız qaldı VİDEO
-
13:02
Krivotsyukun komandası uduzdu
-
12:47
Şahmatçımız dünya çempionatında gümüş medal qazanıb
-
12:26
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:58
İki təmsilçimiz Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb
-
11:33
Mahirin qolu xal qazanmaq üçün kifayət etmədi VİDEO
-
11:19
Azərbaycan deflimpiyaçıları Ermənistanda keçirilən 6 medal qazanıblar
-
11:00
Viçko Şevel: “Hədəf hər matçda qalib gəlməkdir, rəqibin kimliyi fərq etmir”
-
10:45
"Verfer" - "Borussiya" matçında 6 qol VİDEO
-
10:21
“Sumqayıt” - “Qarabağ” oyunun biletləri satışda
-
09:54
"Səbail"dən 5 qollu qələbə VİDEO
-
09:32
Hüseynov oynadı, komandası uduzdu
-
09:17
"Xankəndi" səfərdə sevindi VİDEO
-
09:00
Tovuzda Qərb derbisi
-
23:35
Mahir Polşada növbəti qolunu vurdu
-
23:00
Breno "Neftçi"yə qələbə qazandırdı VİDEO
-
21:49
Yuri Vernidub azarkeşlərə səsləndi: “Gəlin bizə dəstək olun”
-
21:27
"Ona dedim ki, “Neftçi”dəsiniz, bu kluba hörmətimdən söz demirəm, elə bilməyin ki, sözüm yoxdur"
-
20:56
“Neftçi” "Zirə”ni məğlub etdi
-
20:14
“Neftçi”nin oyununa gəldi, İstanbula bilet qazandı
-
18:33
Aleks de Souza bu klubun baş məşqçisi oldu
-
17:51
Yamal və Belingem bu ad uğrunda yarışacaq
-
17:25
Azərbaycan təmsilçisi Aydın Əlibəyov Moskvada beynəlxalq turnirin qalibi olub
-
17:00
Tresoldi üçün “Barselona”, “Bavariya” və “Arsenal” variantı
-
16:49
I Liqada 15 oyunun vaxtı açıqlandı
-
16:12
Batumidə saxlanılan "Beşiktaş" azarkeşləri sərbəst buraxılıb
-
15:58
Klub rəsmisi açıqladı - “Şirvan”da maliyyə problemi mövcud deyil
-
15:26
“Turan” İstanbulda çətin sınağa çıxacaq
-
15:03
Mourinyo və Flik ayın ən yaxşısı adına namizəddirlər
-
14:34
Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək
-
14:11
İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb
-
13:45
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
-
13:00
Boksçularımız IBA Prezident kubokunda mübarizə aparacaqlar
-
12:27
"Şahdağ Qusar"dan vacib qələbə VİDEO
-
12:09
Millimizin hücumçusu “İnter” və “Yuventus”un hədəfində?
-
11:32
“Qarabağ” azarkeşlərə səsləndi: “Tribunada gözləyirik” VİDEO
-
11:18
"Neftçi" legioneri ilə yollarını ayırıb
-
10:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:54
Murad Məmmədov Konfrans Liqasında debüt etdi
-
09:31
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:15
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi VİDEO
-
19:00
"Neftçi" "Zirə" ilə oyuna hazırdır FOTOLENT
-
18:31
Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib
-
17:55
"Sumqayıt"ın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
-
17:29
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri məlum olub
28.11.2026
27.11.2026
26.11.2026
























