Ölkə futbolu
Mövsümün bəxtsizi - “Səbail”
Azərbaycan Premyer Liqasında mövsümün sonuna 1 tur qalsa da, bəzi komandalar üçün çempionat daha öncədən bitib. Bu kollektivlərdən biri də “Səbail”dir. O “Səbail” ki, cari mövsüm baxımlı, gözəl futbolu ilə bir çoxlarının rəğbətini qazanıb. Düzdür, paytaxt klubunun yekunda turnir cədvəlində neçənci olacağı məlum deyil. Son turun nəticələrindən asılı olaraq kollektiv mövsümü yeddinci pillədə də tamamlaya bilər, altıncı da ola bilər. Lakin ümumi götürdükdə, altıncı, yaxud yeddinci olmağın ciddi fərqi yoxdur.
Hələ 30-cu turda, “Kəpəz”lə matçın 90+7-ci dəqiqəsində qələbəni əldən verdikdən sonra paytaxt klubunun avrokuboklardan kənar qalacağı məlum idi. Düzdür, həmin vaxt da, növbəti turda “Araz-Naxçıvan” üzərində əldə olunan qələbədən sonra da Şahin Diniyevin komandasının riyazi cəhətdən “ilk dördlük” şansı davam edirdi. Lakin məlum məsələ idi ki, bu şans yalnız kağız üzərindədir. Ümumiyyətlə, “Səbail”in mövsümün əvvəlində heç avrokubok iddiası da yox idi. İstər rəsmi, istər qeyri-rəsmi söhbətlərində futbolçular da, baş məşqçi Şahin Diniyev də bunu dəfələrlə bildirmişdilər. İlk uğursuz 3 oyundan sonra komandanın sürət yığması, ardıcıl qələbələr qazanması, Ramalinqomun qolları sıralaması, “Qarabağ”ın məğlub edilməsi iştahı artırmışdı. Hətta həmin vaxt bəziləri mövsümün əvvəlində “məqsədimiz ilk altılığa düşməkdir” açıqlamasına görə Şahin Diniyevi qınamağa tələsirdilər də. Lakin zaman göstərdi ki, təcrübəli mütəxəssis komandasının potensialına bələddir və o açıqlamanı əbəs yerə verməyib. Əslində, bir neçə ayın komandasından avrokuboklara vəsiqə gözləmək də möcüzəyə bərabərdir. Yayda heyətini 90 faiz yeniləyən komandanın formalaşması, ciddi hədəflər uğrunda mübarizə aparması üçün zaman lazımdır.
Bəli, “Səbail” bu gün turnir cədvəlində daha yaxşı yerdə ola bilərdi. Lakin müəyyən səbəblər buna mane oldu. Komanda bəzi oyunlarda lazımsız xal itkiləri ilə üzləşdi.
Fikrimizcə, paytaxt təmsilçisinin əsas problemi yerli futbolçulardır. Komandaya bacarıqlı legionerlər toplaşıb. Şahin Diniyevin yayda heyətə cəlb etdiyi əcnəbilərin demək olar ki, əksəri ümidləri doğrultdu. Lakin görünən odur ki, yerlilərin bir çoxu ümumi ansambldan geri qalır. Bu da son turda “Neftçi”yə qarşı keçirilən oyunda olduğu kimi, əksər matçlarda özünü aşkar şəkildə büruzə verib. Əminlik demək olar ki, yerli futbolçuların səviyyəsi bir qədər yüksək olsaydı, bu gün “Səbail” turnir cədvəlində daha yaxşı mövqedə yer alardı.
Əslində, mövsümün əvvəlində yerli futbolçularla bağlı problem özünü ciddi şəkildə göstərmirdi. Limitə uyğun olaraq Diniyev ideal yerli dördlüyü müəyyənləşdirmişdi. Səlahət Ağayev qapıda inamlı təsir bağışlayırdı, Yusif Nəbiyev həm müdafiədə komandasına kömək olurdu, həm də standart vəziyyətlər zamanı boyunun hündür olmamasına baxmayaraq, rəqib qapısına da yol tapmağı bacarırdı, Cabir Əmirli sağ cinahda normal çıxış edirdi, eləcə də Ağabala Ramazanov kapitan kimi komandasını arxasınca daşıya bilirdi. Ehtiyatdan oyuna qoşulan Rüfət Abdullazadə vacib qollar vurur, Süleyman Əhmədov isə komandasına faydalı olurdu. Lakin 12-ci turda “Turan Tovuz”la matçda “Səbail” üçün kabus yaşandı. Düzdür, həmin görüşdə 3 xal qazanmaq mümkün oldu. Ancaq həmin görüşdə “Səbail” 90 dəqiqə ərzində bir komandanın yaşaya biləcəyi bütün uğursuzluqları yaşadı. Epizodların birində rəqib futbolçu ilə mübarizədən sonra yerdə qalan Ağabala Ramazanov huşunu itirərək hər kəsi qorxutdu. Süleyman Əhmədovun çiyni çıxdı, həmçinin komandanın “vuran ayağı” Aleksandr Ramalinqom nə qədər qəribə olsa da, penaltini yerinə yetirərkən (?!) zədə aldı. Bu itkilər Şahin Diniyevi çıxılmaz vəziyyətə saldı. Vəziyyət o həddə çatmışdı ki, təcrübəli mütəxəssis qış fasiləsinə yaxın start heyətini belə qurmaqda çətinlik çəkirdi. Gedişat isə onu göstərdi ki, məşqçilər korpusunun bütün cəhdlərinə baxmayaraq, “Səbail” 12-ci turda aldığı zərbələrdən mövsümün sonuna kimi qurtula bilmədi. Komandanın bu gün olduğu yerdən daha yaxşı mövqedə qərarlaşmamasında əsas səbəblərdən biri də məhz itkilər oldu. Mövsüm boyu keyfiyyətli yerli oyunçu qıtlığı yaşayan Şahin Diniyev Cabiri, Ağabalanı, yaxud komandasının liderlərindən olan Qomisi itirməsəydi, indi bəlkə də “Səbail”in mövsüm ərzindəki çıxışından yox, son tur öncəsi avrokuboklar şansından yazırdıq.
Ötən ilin noyabrı “Səbail” təkcə heyət baxımından deyil, infrastruktur baxımından da problem yaşadı. Söhbət 14-cü turun “Kəpəz”lə oyunundan əvvəl “ASCO Arena”nın elektrik təchizatında yaşanan problemdən gedir. Arenanın transformatorunda ortaya çıxan problemə görə həmin ərəfədə “Səbail” ev oyunlarını günün ikinci yarısında, əvvəldən nəzərdə tutulduğu kimi 18:30-da deyil, 14:00 və ya 13:00-da keçirməli olurdu. Təsəvvür edirsiniz, günün günorta çağı, saat 1-də komanda oyuna çıxır. Bu, kiməsə xırda bir məsələ kimi görünə bilər. Lakin adətən günorta 1-də, 2-də istirahət edən futbolçuların həmin vaxtda 90 dəqiqə mübarizə aparması qeyri-mümkündür. Orqanizm belə buna imkan verməz. Təsadüfi deyil ki, günorta keçirilən ilk ev oyununda “Səbail” autsayder “Kəpəz”lə görüşdə 2 vacib xal itirdi.
“Səbail”in bu gün potensialını tam ortaya qoya bilməməsində bütün bu sadaladığımız səbəblərlə yanaşı, müdafiədəki boşluqları və ən əsası qaçırılan qol epizodlarının rolu böyükdür. Təkcə elə “Neftçi”yə qarşı keçirilən son 2 matça diqqət yetirək. Hər iki matçda “dənizçilər”in qol şansı rəqibdən daha çox olsa da, yekun nəticədə hər iki görüş 0:3 hesablı məğlubiyyətlə başa çatıb.
Eləcə də illərdir “Səbail”də formalaşan məğlub psixologiyasını qeyd etməliyik. Cari mövsüm 7-ci dəfə Premyer Liqada mübarizə aparan kollektiv bürünc medal qazandığı 2018/19 mövsümü istisna olmaqla, hər zaman çempionatın autsayderlərindən olub: “Səbail” 2017/18 və 2019/20 mövsümlərində 8 komanda arasında 7-ci, 2020/21 və 2021/22 mövsümlərində 8 kollektiv arasında sonuncu, 2022/23 mövsümündə isə 10 komanda arasında 9-cu olub. Göründüyü kimi, “Səbail” son illərin “daimi autsayderi”dir. İndi bu komandanın yeddinci və ya altıncı olmasının nəyi pis nəticədir ki? Hər halda, Şahin Diniyevin komandası cari mövsüm öz oyun dəsti-xətti ilə seçildi. Komandanın daha da inkişaf etməsi üçün zamana və bir qədər də güclənməyə ehtiyac var. Cari mövsümdəki çatışmazlıqlar aradan qalxdıqca və heyət gücləndikcə Diniyevin kollektivindən növbəti mövsüm üçün daha yaxşı nəticələr gözləmək olar. İstər klub rəhbərliyinin, istərsə də məşqçilər korpusunun potensialı, bacarığı buna imkan verir.
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
06.11.2026
05.11.2026
04.11.2026
























