Ölkə futbolu
90 saniyəyə sığan 4 saatlıq iclas
Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. İclasın gedişi zamanı AFFA-da olan jurnalistlərin feysbukdakı paylaşımlarından, eləcə də toplantını işıqlandırmaq üçün assosiasiyanın binasına yollanan Futbolxeber.az saytının əməkdaşı Fərəc Aslanovla yazışmalarımızdan belə məlum olurdu ki, İcraiyyə Komitəsinin iclası xeyli uzanır. Nəhayət 4 saatdan bir qədər artıq davam edən həsrət bitdi və AFFA prezidenti Rövşən Nəcəf binanı tərk etdi.
Çətinliklə də olsa, jurnalistlər R.Nəcəfdən iclas barədə qısa məlumat əldə edə bildilər. Ona görə qısa ki, Rövşən bəyin 90 saniyəlik səs yazısından yalnız Premyer Liqada iştirakçı sayının artırılmamasını öyrəndik. Daha sonra isə məlum oldu ki, heç legioner limiti də dəyişməyib. Belədə avtomatik olaraq sual yaranır: İcraiyyə Komitəsinin üzvləri 4 saat ərzində nəyi müzakirə ediblər? Bircə futbolu deməyin...
Əvvəlki Komitə üzvlərinin əksəri klub rəhbəridi idi, hər birinin neftə bağlılığı, tankerləri, şirkətləri, bankları, yəni uzun sözün qısası, futboldan başqa müzakirə etməli çox məsələləri var idi. Bəs indikilər 4 saat nəyin müzakirəsini aparıblar? Tutaq ki, Rövşən Nəcəflə Elşad Nəsirov öz aralarında SOCAR-dakı məsələlərdən, Maqsud Adıgözəlovla Balakişi Qasımov “Sabah”dan, Qurban Qurbanovla Səməd Qurbanov futboldan, Zaur Axundovla Ülvi Mansurov ölkə iqtisasiyyatından, Könül Mehtiyeva ilə Leyla Xəlilova Rzazadə qadın haqlarından danışıblar. Bu da aşağı-yuxarı eləsin 1 saat. Bəs sonra?
Kim nə deyir desin, mən İcraiyyə Komitəsinin dünənki iclasında 4 saatdan artıq müddətdə futbolla bağlı müzakirə aparıldığına inanmıram. Bir şey ki, Rövşən Nəcəf toplantıdan sonra deyib: “Əsas qərar odur ki, biz mütəmadi olaraq qısa müddətdən sonra yenidən görüşəcəyik”. Əgər 4 saat davam edən toplantıda qəbul olunan əsas qərar gələcəkdə mütəmadi olaraq görüşməkdisə, daha nə deyəsən?
Rövşən bəy onu da bildirib ki, “Sərxan müəllim press-relizi hazırlayıb, onu təqdim edəcəklər”. Başa düşmədik, Sərxan Hacıyev İcraiyyə Komitəsinin mətbuat katibidir, yoxsa AFFA-nın icraçı vitse-prezidenti? İcraçı vitse-prezident nə vaxtdan press-reliz hazırlayır?..
Ümumiyyətlə, yaxşı olardı ki, Rövşən bəy press-reliz hazırlamaq işini gələn dəfə başqa birinə tapşırsın. Çünki AFFA prezidentinin 19:10 radələrində anonsunu verdiyi həmin press-reliz ictimaiyyətə gecə təqdim edildi. Özü də xəbər formasında, qərarlar xüsusi göstərilməməklə, ümumi mətn kimi. “AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib” başlıqlı xəbər assosiasiyanın saytında təxminən 23:30-da yerləşdirildi. Burdan belə nəticəyə gəlmək olar ki, ya Sərxan bəy çox ləng işləyir, ya da AFFA-da artıq “hər şey 4 saatdan artıq” prinsipi ilə yeni dəb formalaşıb...
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
06.11.2026
05.11.2026
04.11.2026
























