30 Oktyabr 2025, Cümə axşamı
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Ölkə futbolu

Asif Məmmədov üçün yubiley

Asif Məmmədov kapitanı olduğu “Qəbələ”də 250-ci oyununu keçirib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 34-cü turuna təsadüf edib. O, “Sabah”la ev matçında (2:0) meydana sonradan daxil olub.
 
Asif “Qəbələ” formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, Premyer Liqada 195 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.
 
Məmmədov “Qəbələ”nin tarixinə 250 və daha çox oyun keçirən ikinci futbolçudur. Urfan Abbasovun hesabında 303 matç var.
 
Asif “Qəbələ”nin heyətində 2007-ci il fevralın 12-də debüt edib. O, “İnter”lə səfər matçında (0:2) şans qazanıb.
 
Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/07 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31