16 Avqust 2026, Bazar günü
Zubir “Qarabağ”dan getdi
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
Kurban Berdıyevdən qələbə şərhi
İmad Faraj “Neftçi”dən getdi

Ölkə futbolu

Adil Şükürov: “Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”

“Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik. Oyun ağır oldu. Bunu gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Futbolçular mübarizlik göstərdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 33-cü turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçədən sonra deyib.

O, kənar fikirlərə önəm vermədiklərini bildirib: “Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdir. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər”.

“Sanki bu gün sizin üçün final oyunu idi. "Neftçi" ilə matçda da meydanda belə mübarizə görəcəyik?” sualını A.Şükürov belə cavablandırıb: “Stressin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırdı. Bizə qıcığı "Sumqayıt" verdi. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”.

Təcrübəli mütəxəssis növbəti matça ciddi itkilərlə çıxacaqlarını vurğulayıb: “Samir Abasov düz qeyd etdi. Bu gün bizdə demək olar ki, oyunçu qalmadı”.

Şükürov hakimlik barədə fikir bildirmək istəməyib: “Hakimlik barədə mənə sual verməyin, bu haqda danışan adamlara sual verin”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31