1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verdi

"Zirə" sabiq futbolçusu Jozef Bumun vəfatı ilə bağlı başsağlığı yayıb.

Futbolxeber.az saytının məlumatına görə, klubun yaydığı başsağlığı mətnində deyilir:

“Zirə” PFK sabiq futbolçusu Jozef Bumun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!"

35 yaşında dünyasını dəyişən kamerunlu müdafiəçinin ölüm səbəbi barədə məlumat yoxdur.

Qeyd edək ki, Jozef Bum 2017/2018-ci illər mövsümündə “Zirə”nin formasını geyinib. O, Kamerun klubları ilə yanaşı Türkiyədə "Mersin İdmanyurdu" və "Antalyaspor"da da çıxış edib.

Əlavə edək ki, Jozem Bum "Zirə"dən ayrıldıqdan sonra heç bir klubda oynamayıb. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31