17 May 2026, Bazar günü
Kaxaber Sxadadzedən qələbə şərhi
XXXII turun hakim təyinatları
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi

Ölkə futbolu

“Sumqayıt” - “Zirə”: 4 oyunda 1 qol

Azərbaycan Premyer Liqasında XXX turunda üz-üzə gələn “Sumqayıt” və “Zirə” komandaları mövsüm ərzində 3-cü dəfə qolsuz bərabərliklə ayrılıblar.

Futbolxeber.az saytının məlumaıtna görə, bir görüşdə isə Bakı klubu minimal hesabla qalib gəlib.

Rəqiblərin 4 duelində cəmi 1 qol vurulub. Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur. 10 il əvvəl - 2012/13 mövsümündə “Qarabağ”la “Simurq” arasında 4 matçda 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.

“Sumqayıt” - “Zirə” və “Qarabağ” - “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdirlər. Mütləq rekord isə 2009/10 mövsümünün “Böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran” arasında 4 matç qolsuz başa çatıb (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31