Ölkə futbolu
Azərbaycan derbisinə sözardı
“Xalqın komandası bu gün dəstəksiz qalmayıb...” Dünən “Neftçi Arena”da gördüyüm ilk mənzərə məhz bu idi. Feysbukda eynən bu başlıqla etdiyim paylaşımın altında müzakirələr hələ də davam edir. Amma fikrimdə qalıram. Xalqın komandası çempionluqlarla, avrokuboklardakı uğurlarla ölçülmür. Çox uzağa getməyək. “Spartak” son illər “Neftçi”dən də pis gündədi. Bu gün Rusiyada futbolun dəbini “Zenit”, ÇSKA, “Krasnodar” müəyyənləşdirir, amma “Xalqın komandası” yenə də “Spartak”dır...
Təəssüf ki, matçın startından cəmi 10-15 dəqiqə sonra dünən “Neftçi Arena”ya toplaşanların əksəriyyətinin sadəcə tamaşaçı olduğu bilindi. Fanat hər iki qapının arxasında əyləşənlər idi...
“Forza Neftçi”ni hər zaman 1 nömrə saymışam. Dünən açdıqları banner(lər)lə bunu göstərdilər. Amma “İmarət”in də haqqını vermək lazımdır. 90 dəqiqə boyu möhtəşəm idilər.
4:1-dən (yaxud 1:4-dən) sonra oyun barədə uzun-uzadı nəsə yazmağa ehtiyac yoxdur. Matçla bağlı sadəcə bir məqama toxunmaq kifayət edər. Bu gün “Qarabağ” qeyri-şərtsiz ölkənin ən güclüsüdür. Bunu danmaq insafsızlıq, hətta bir az sərt də çıxsa, vicdansızlıq olar. Bu, reallıqdır. Elə turnir cədvəlinin hazırkı vəziyyəti də bu fikri təsdiqləyir. “Qarabağ”ın heç bir oyunda hakim köməyinə ehtiyacı yoxdur. Hətta 10 nəfərlə belə qalib gəlməyə qadirdir Qurban Qurbanovun komandası. Lakin bəzən hakimlər “Qarabağ”ın lehinə yanlış qərarlar verməklə rəqib azarkeşlərdə qıcıq oyadırlar.
Eynən dünən Yankoviç-Emin mübarizəsində olduğu kimi. Bu fikirlə razılaşmayanlar çox olsa da, məncə, həmin epizodda Yankoviçə qırmızı vərəqə düşürdü. Bəlkə də hakim həmin epizodda qırmızı vərəqə versəydi, “Qarabağ” azlıqda da yenə də qalib gələcəkdi. Ağdam klubu bu gün o qədər güclüdür. Lakin yuxarıda da qeyd etdiyim kimi, hakimin səhvi qıcıq oyadır. Axı eyni olmasa da, buna bənzər epizodda çox yox, cəmi 3 gün əvvəl “Qəbələ”nin yarımmüdafiəçisi Feras Abu Akala qırmızı vərəqə göstərilmişdi. Özü də məhz “Qarabağ”la oyunda. Dünən hakim haqlı idisə, onda belə çıxır ki, 3 gün əvvəl Ağdam klubu ilə oyunda “Qəbələ”nin haqqı yeyilib. Ədalət naminə demək lazımdır ki, dünən hakimin “Neftçi”nin də lehinə səhvi oldu. İkinci hissədə Nəriman Axundzadə ilə Yuri Matiasın epizodunda ikinci əllə oynamışdı. Lakin nədənsə Məsiyev həmin epizodda penalti nöqtəsini göstərmədi.
O ki qaldı “Yankoviç bilərəkdən kobud oynamadı”, “görmürdü”, “bilmirdi” kimi ifadələrə, o məntiqlə “Qarabağ”ın ikinci qolunda da Yuri Matias bilərək topu rəqibə “hədiyyə etmədi”. Yaxud Qara Qarayev qəsdən ilk qolda səhv ötürmə verdi. Yeri gəlmişkən dünəndən “Neftçi” azarkeşləri sosial şəbəkələrdə Qaranın yanlış ötürməsindən gileylənirlər. Amma məncə, Qarayevi qınamağa dəyməz. Mənə görə Qarayev dünən meydanda canını qoydu və bəlkə də “Neftçi”dəki ən yaxşı oyununu keçirdi. Sabiq klubu ilə matça onun tam başqa motivasiya ilə çıxdığı hiss olunurdu.
Bir-iki kəlmə də Miodraq Bojoviç barədə. Nəticəni kənara qoysaq, monteneqrolu mütəxəssis ilk sınaqdan çıxmağı bacardı. “Neftçi” dünən ustalığa görə rəqibinə uduzsa da, əzmkarlıqla, döyüşkənliklə bunu sığortalamağa çalışırdı. Ən azı hiss olunurdu ki, komanda nə isə etməyə çalışır. 1:2-dən sonra “ağ-qaralar”ın bir qədər bəxti gətirsəydi, nəticə fərqli də ola bilərdi. Fikrimdə qalıram: Bojoviçə vaxt və material lazımdır. Bir-bir ad çəkib, kiminsə futbolçu keyfiyyətini aşağılamaq istəmirəm. Amma hazırkı heyətlə Bojoviçin edə biləcəyi maksimum budur...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
09.11.2026
08.11.2026
07.11.2026

















.jpeg)

.jpg)




