Ölkə futbolu
Rəşad Sadıqov: “Bu bir xal bizim üçün qızıla bərabərdir”
Azərbaycan Premyer Liqasının 25-ci turunda “Zirə” öz meydanında “Turan Tovuz”la heç-heçə edib.
Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında paytaxt klubunun baş məşqçisi 1:1-lik heç-heçəni belə şərh edib:
“Birinci hissə bizim üçün ağır oldu. Gözlənilməz hadisələr çox baş verdi. Əslində oyuna yaxşı başlamışdıq. Lakin sonradan gözləmədiyimiz hallar baş verdi. Əvvəlcə Məqsəd zədələndi, azlıqda qalarkən rəqib bundan faydalandı, hesabda önə keçdi. Oyunu bərabərləşdirməyə çalışırdıq ki, Utsiq zədələndi. Meydançaya buraxmağa hücumameyilli oyunçumuz yox idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Komanda mübarizə apardı. Bu qədər hadisədən sonra ikinci hissədə əzmkarlıq göstərib bir xal qazandıq. Azlıqda qalarkən standart vəziyyətlər çox böyük rol oynayır. Düşünürəm ki, vacib bir xal qazandıq. Təbii ki, qələbəyə köklənmişdik və amma ilk hissədə baş verənləri nəzərə alsaq, bu gün qazanılan bir xal bizim üçün qızıla bərabərdi”.
Daha sonra R.Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Sizcə, oyunda qırılma nöqtəsi “Zirə”nin zədəliləri oldu, ya qırmızı vərəqə?
- Hamısı önəmlidir. Sərəncamımda hücumameyilli oyunçular azdır. Rafaellə Məqsədin zədələnməsi ilə hücumdakı kreativliyimiz düşdü. Rəqib daha ürəkli oynadı. İlk hissənin son 10 dəqiqəsi çox ağır keçdi. Fasilədən sonra daha əzmkar idik. Uduzmamaq üçün futbolçular hər şeyi etdilər, penaltidən hesabı bərabərləşdirdik. Onu da nəzərə alaq ki, “Turan Tovuz” yaxşı komandadır. Ayxan müəllim və komandası xoş sözlərə layiqdir. Oyundan öncə də, matçın gedişində də onların planlarını pozmaq çətindir.
- Meza Kollini heyətinizəm qatdınız. O, komanda üçün nə dərəcədə faydalı olacaq?
- İstərdim yanvardan sərəncamımda olsun. Çoxsaylı itkiləri nəzərə alaraq, hücumçu transfer etmək istəyirdik. Lakin rəhbərliklə danışdıq, forvard əvəzinə Meza Kollini heyətə qatdıq. Son rəsmi oyununu 10 ay öncə keçirib. Ona vaxt lazımdır, bizim isə vaxtımız yoxdur. Hansısa oyunda bizə 15-20, hansısa oyunda 90 dəqiqə kömək edəcək. Üstəlik, bu gün Rafael də zədələndi. Çalışacağıq ki, bütün bunların öhdəsindən gələk.
- Bu gün meydana 3 mərkəz müdafiəçisi ilə çıxmağınız sırf rəqibə görə idi?
- Qismətin cəzalı olması da bu seçimə təsir göstərdi. 1-2 futbolçunu itirdikdə bu, oyun planımıza təsir edir. Bu sistemi yoxladıq. 35-40-cı dəqiqələrdə yenidən dördlü müdafiəyə qayıtmaq istəsək də, azlıqda qaldıq. Sonradan dördlü müdafiəyə keçdik. Ümumi götürsək, matç düşündüyümüz kimi keçmədi.
- Zədəli olan hücumçularınız Filipe Paxtman və Rüstəm Əhmədzadənin son durumu necədir?
- Rüstəm 2-3 həftə sonra komanda ilə birgə məşqlərə başlayacaq. Paxtman isə mövsümü başa vurub. Tezliklə əməliyyat olunacaq.
- AFFA prezidentliyi ilə bağlı fikirləriniz necədir?
- Xeyirli-uğurlu olsun. Əsas odur ki, futbolumuz üçün faydalı olsun.
- Dünən “Sumqayıt” uduzdu, bu gün siz xal itirdiniz. Sabah “Qarabağ” “Neftçi”ni məğlub etsə, sona 11 tur qalmış Ağdam klubu ən yaxın izləyicisi ni 24 xal qabaqlayacaq. Bu da o deməkdir ki, “Qarabağ” artıq sona 8 tur qalmış növbəti çempionluğunu rəsmiləşdirə bilər. Ağdamlıların gücü məlumdur, amma həqiqətənmi bu dərəcədə böyük fərq var?
- Burda yeganə səbəb “Qarabağ”ın gücüdür. Digər rəqiblərin öz aralarındakı oyunlar çox çətin keçir. Hər komanda vuruşur. Ötən tur 3:0 hesabı ilə qalib gəlsək də, oyun həddindən artıq çətin keçmişdi. “Qarabağ”la rəqabət aparmaq üçün hər komanda keyfiyyətli olmalıdır.
- AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev liderlə ikinci yer arasında bu dərəcədə böyük xal fərqi olmasını biabırçılıq adlandırıb...
- Mən belə düşünmürəm. “Qarabağ” həqiqətən də çox güclüdür. Mövsümün əvvəlində biz də lider olmuşduq. Amma sonradan mövqeyimizi əldən verdik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:50
“Neftçi” liderliyi ələ keçirdi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























