7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Riad Rəfiyev: “İkinci yerdəyiksə, çalışmalıyıq ki, avrokuboklara vəsiqə qazanaq”

“Sumqayıt”ın prezidenti Riad Rəfiyevin Futbolxeber.az saytına müsahibəsi

 

- “Zirə” ilə səfər matçında komandanız bir xal qazanmaqla ikinci pillədəki mövqeyini qorudu. Qarşılaşma barədə fikirləriniz necədir?

- Düşünürəm ki, iki xal itirdik. Çünki ikinci hissədə komandamız çox yaxşı oynadı. Sadəcə qol vura bilmədik. Bir xal da pis nəticə deyil. Ən azından turnir cədvəlində hazırkı yerimizi qoruduq. Artıq növbəti oyunlara hazırlaşacağıq.

- Demək olar ki, “Sumqayıt”ın bəxti gətirmədi?

- Ümumi götürdükdə, komanda yaxşı oynadı. Dediyim kimi, biz qələbəyə daha yaxın idik.

- Sizcə, qələbə üçün nə çatışmadı?

- Konkret səbəb göstərmək çətindir. Deyə bilmərəm nəsə çatışmır. Düşünürəm ki, bu tempdə davam etsək, hər şey yaxşı olacaq.

- Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız...

- “Turan Tovuz”la oyunlarımız həmişə çətin keçir. Budəfəki matç da istisna olmayacaq. Öz meydanımızda, doğma azarkeşlərimiz önündə oynayacağıq. Çalışacağıq ki, onları sevindirək.

- “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanması nə dərəcədə realdır?

- Bu gün ikinci yerdəyiksə, çalışmalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Bunu bacarmasaq da, kədərlənməməliyik. Növbəti mövsüm daha yaxşı hazırlaşıb, daha yaxşı nəticə göstərmək lazımdır.

- Kubokla vidalaşsanız da, çempionatda işlər yaxşı gedir. “Sumqayıt” bu tempi sona kimi qoruyub saxlaya biləcək?

- İnşallah çalışacağıq ki, bu tepmi saxlayaq. Məşqçimizə, komandamıza inanırıq. Bir-iki futbolçu gətirə bilsək, daha yaxşı olar.

Fərəc ASLANOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30