Ölkə futbolu
“Araz-Naxçıvan”ın “qəbirqazan”ı: “Təkcə Premyer Liqada qalmaqla kifayətlənmək istəmirik”
“Araz-Naxçıvan”la oyunda vurduğu 2 qolla “Kəpəz”in qələbəsində böyük pay sahibi olan Ehtiram Şahverdiyevin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının XXI turunda “Araz-Naxçıvan”la matçda qazanılan 3:1 hesablı qələbəni necə şərh edərdiniz?
- “Araz-Naxçıvan” yaxşı komandadır. Biz də oyuna ciddi hazırlaşmışdıq ki, xal və ya xallar qazanıb azarkeşlərimizi sevindirək. Şükürlər olsun k, istəyimizə çatdıq. Yekunda sevinən tərəf biz olduq.
- Vurduğunuz 2 qolla “Kəpəz”in qələbəsində böyük pay sahibi oldunuz...
- Nə xoş ki 2 qol vurdum və komandam qələbə qazandı. Buna görə çox sevinirəm. Allah eləməmiş, bu qolları vurduqdan sonra qalib gəlməsəydik, bu qədər sevinməzdim. Çünki əsas olan komandanın qələbəsidir. Mənim, yaxud başqasının fərqlənməsinin böyük önəmi yoxdur. Qazanılan 3 xal daha vacibdir.
- Son turlar “Kəpəz” xoş təsir bağışlayır, nəticələr də göz önündədir. Adil Şükürovun gəlişi komandada nəyi dəyişdi?
- Hər məşqçinin özünə xas futbol fəlsəfəsi var. Adil müəllim də öz fəlsəfəsini bizlərə aşılamağa çalışır. Əlimizdən gələni edirik ki, məşqçilərin tapşırıqlarını düzgün şəkildə yerinə yetirək, hər matçda xal və ya xallar qazanaq. Düşünürəm ki, zaman keçdikcə daha yaxşı durumda olacağıq.
- Hazırda sonuncu pillədəki “Qəbələ”ni 5 xal qabaqlayırsınız. Bu fərq arxayınçılığa gətirib çıxarmayacaq?
- Xeyr. Bununla kifayətlənmək olmaz. Bəzi səhvlərimiz var. Son turlar yaxşı çıxış etsək də, çatışmazlıqlarımız da yox deyil və bunun üzərində işləyirik.
- Necə düşünürsünüz, mövsümün sonunda “Kəpəz” qarşıya qoyulan hədəfə çatıb Premyer Liqada qalacaq?
- Çempionat gərgin keçir. Bizim məqsədimiz “Kəpəz”i düşdüyü vəziyyətdən daha yaxşı yerlərə daşımaqdır. Bəli, birinci növbədə məqsədimiz Premyer Liqada qalmaqdır. Lakin təkcə bununla kifayətlənmək istəmirik. Daha yaxşı yerlərdə olmaq istəyirik.
- “Kəpəz” ev oyunlarını Qəbələdə deyil, Gəncədə keçirsəydi, nəticələr daha yaxşı ola bilərdi?
- Gəncədəki atmosfer tam başqadır. Rəqib kimi də orda oynamışam. Düşünürəm ki, doğma meydanımızda oynasaydıq, daha yaxşı olardı. Çünki Gəncədə komandanı daha çox azarkeş dəstəkləyir. Bu da bizim üçün stimuldur. Lakin fanatlarımıza təşəkkür edirəm ki, onlar Qəbələdə də bizi dəstəksiz qoymurlar. Biz də onları sevindirməyə çalışırıq.
- Son 3 ev oyununda “Kəpəz” 7 xal qazanıb. Bu uğurlu çıxışı növbəti turda “Səbail”lə matçda da davam etdirmək mümkün olacaq?
- İnanıram ki, mümkün olacaq. Düzdür, oyuna hələ 1 həftə var. Bu matça da ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Lakin unutmaq olmaz ki, “Səbail”in çox yaxşı heyəti var, keyfiyyətli futbolçulara sahibdirlər. Odur ki, bizi qarşıda çox çətin qarşılaşma gözləyir.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Millimiz Vyetnama məğlub oldu
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
-
23:49
Millimiz Andorraya qalib gəldi
-
23:36
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib FOTOLENT
-
20:15
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
20:01
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
-
19:44
Zavarovun komanda yoldaşı, Banişevskinin sevimlisi
-
18:00
"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub
-
17:37
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
-
17:13
Karateçilərimiz beynəlxalq turnirdə 23 medal qazanıblar
-
16:58
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub
-
16:26
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
-
16:09
Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub
-
15:42
“Neftçi” veteran futbolçularını təbrik etdi FOTOLENT
-
15:15
Benziyanın yeni klubu müəyyənləşdi
-
14:51
Lukaku millidəki karyerasını bitirdi
-
14:34
Füzuli Məmmədov: “Birliyimiz sayəsində çempion olacağıq”
-
14:00
İspaniya 43-də dayandı
-
13:27
Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək
-
12:53
Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
12:18
Luka Modriç Lionel Messiyə çatdı
-
11:36
Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri məlum olub
-
11:09
Cüdo üzrə Bakı çempionatına yekun vurulub
-
10:45
Kipr - Monteneqro matçında 5 qol VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
I Liqada hakim təyinatları
17.11.2026
16.11.2026
























