14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də

Ölkə futbolu

UEFA: “Qarabağ”da Portuqaliya təcrübəsi olan çoxlu oyunçu var”

UEFA-nın rəsmi saytı "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi oyunlara toxunub.

Futbolxeber.az-ın qurumun saytına istnadən verdiyi məlumata görə, məqalədə yazılıb:

“2010/11 mövsümündə Avropa Liqasının finalçısı olan "Braqa" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində bir qələbə qazana bilmədi (bir heç-heçə, iki məğlubiyyət). Lakin qrupda "Napoli"nin və "Real"ın da olduğunu nəzərə alsaq, bunu bağışlamaq olar.

2008-ci ildən avrokuboklarda çıxış edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandası ilə sonuncu dəfə 2018-ci ilin sentyabrında "Sportinq"ə (0:2) uduzduğu vaxt Portuqaliyaya səfər edib. “Qarabağ”ın hazırkı heyətində Portuqaliyada olan oynamış çoxlu Cənubi Amerikalı futbolçular var”.

Qeyd edək ki, “Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31