Ölkə futbolu
“Turan Tovuz”un qapıçısı: “Hədəflərimiz dəyişməyib” (MÜSAHİBƏ)
“Turan Tovuz”un qapıçısı Aydın Bayramovun Futbolxeber.az saytına müsahibəsi
- Artıq 10 gündür məşqləri bərpa etmisiz. Hazırlıqlar necə gedir? Komandada ab-hava necədir?
- Məşqlərimiz yaxşı keçir, hər şey qaydasındadır. Yaxşı hazırlıq keçmək üçün hər cür şəraitimiz var. Ağır məşqlər keçirik. Elə gün olur ki, gündə 2 dəfə məşqə çıxırıq. Bütün bunlar hamısı çempionata hazır olmaq üçündür. İnşallah yanvarın 17-də Bakıya hazır vəziyyətdə geri qayıdacağıq.
- Əvvəlki illərdən fərqli olaraq, bu dəfə fasilə müddəti çox az oldu. Hardasa cəmi 10 gün dincələ bildiz. Fasilədən necə yararlandın, az da olsa, istirahət etmək mümkün oldu?
- Deməzdim ki, fasilə üçün vaxt az oldu. Çünki normalda elə 1 həftə istirahət olandan sonra artıq futboldan ötrü darıxmağa başlayırsan. Düşünürəm ki, 10 gün kifayət etdi ki, futboldan tam uzaqlaşıb, beynimizi dincəldək, mövsümün ikinci hissəsinə hazır olaq.
- Fasilənin müddətinin az olmasının hansı müsbət və mənfi tərəfləri var?
- Müsbət cəhəti odur ki, tam formadan düşmürsən. Mənfi cəhəti isə odur ki, dincəlməyə çox vaxtın olmur. Elə futbolçular var ki, xaricə yollanırlar. Altı ay ailələrindən uzaq qalırlar. Fasilə az olanda onlarla çox vaxt keçirə bilmirlər.
- Hazırlıq çərçivəsində ilk yoxlama oyununda “Voluntari”yə 0:2 hesabı ilə uduzduz. Həmin qarşılaşma barədə nə deyə bilərsən?
- Hazırlıq oyun idi. Bilirsiz ki, yoxlama görüşləri çempionat matçlarından fərqlənir. İki heyətlə oynadıq. Özü də yüklənmə üzərində oynayırdıq. Çünki 1 həftə idi ağır məşqlər keçirdik. Əsas odur ki, zədəsiz qarşılaşmanı başa vurduq. Yoldaşlıq görüşlərində nəticə o qədər də önəmli deyil.
- Çempionatın ikinci yarısından gözləntilərin nədir?
- İlk növbədə tam formaya düşüb, mövsümün ikinci yarısına yaxşı start vermək lazımdır. Hədəflərimiz dəyişməyib. Yuxarı pillələrdən qopmamalıyıq. Bacardığımız qədər ön pillələrdə olmaq istəyirik.
- Bu mövsüm kubokla erkən vidalaşdız. Bu məqam komandanızın xeyrinə olacaq, yoxsa ziyanına?
- Deməzdim ki, xeyrinə olacaq. Çünki hamı kuboku qazanmaq istəyrik. Bilirik ki, ölkə kuboku Avropaya yollanmaq üçün ən qısa yoldur. Biz də kubokla 1/8 finalda vidalaşdığımız üçün təəssüflənirik. Burda yeganə müsbət məqam odur ki, bundan sonra tam olaraq çempionata köklənəcəyik.
- Son zamanlar bir çox futbolçular ölkə xaricinə, xüsusən Türkiyə I Liqasına yollanırlar. Elə ən sonuncu komanda yoldaşın Sərtan Taşkın oldu. Sənin də belə bir fikrin varmı? Ümumiyyətlə, ölkə xaricindən təklif almısan?
- Sərtana uğurlar arzu edirəm. O ki qaldı mənə, “Turan Tovuz”la bu ilin mayın sonuna qədər müqaviləm var. Odur ki, yaya qədər ancaq hazırkı klubum barədə düşünürəm.
- Bu yaxınlarda bir maraqlı statistika açıqlandı: Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısında yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə qapısını toxunulmaz saxlayıb ki, sən və “Araz-Naxçıvan”ın legioneri Kristian Avram bu sıralamada üçüncü sıranı bölüşürsüz. Maraqlıdır, bu cür statistikalar sənin üçün nə dərəcədə maraqlıdır?
- O statistikanı gördüm. Orada 12 oyun yazılıb. Lakin səhv etmirəmsə, mən 13 matçda forma geymişəm. Amma çempionat boyu bu cür statistikanın aparılmasından xəbərsiz idim. Gördüm, maraqlı gəldi. Xüsusi amma nəsə deyə bilməyəcəm. Dediyim kimi, bu cür statistikanın aparılmasından xəbərsiz idim.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
24.09.2026
23.09.2026
22.09.2026
























