7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Kaşuk “Neftçi”yə gəlir?

2023-cü ilin yayında "Sabah"dan ayrılan Aleksey Kaşuk Xorvatiyanın "Hayduk" klubunun maraq dairəsinə düşüb.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda "Dalmatinskiportal" saytı açıqlama yayıb.

Qeyd edilib ki, müqavilə ilə 2024-cü ilin yayına qədər Donetsk "Şaxtyor"una məxsus olan 23 yaşlı futbolçu həmin komandada ehtiyatdadır və klubunu dəyişmək istəyir.

Saytın yazdığına görə, Ukraynadan daxil olan məlumata əsasən, Kaşuka Bakının "Neftçi" klubundan da təklif daxil olub. "Bu, təəccüblü deyil. Nəzərə almaq lazımdır ki, Kaşuk ötən mövsümün sonuna kimi icarə qaydasında Azərbaycanın "Sabah" komandasında oynayıb və 33 matçda əla göstəriciyə imza atıb. O, 16 qol vurub, 10 qolun isə ötürməsini edib".

Xəbərdə qeyd edilib ki, Kaşukla "Qarabağ" da maraqlanıb: "Amma görünən budur ki, Kaşuk məsələsində "Hayduk"un əsas rəqibi "Neftçi"dir".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31