Ölkə futbolu
“Neftçi”dən bu sözlərlə ayrıldı: “Sən Azərbaycanın ən BÖYÜYÜSƏN”
“Neftçi”də daha bir ayrılıq yaşanıb.
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, klubun kommersiya direktoru Rüstəm Allahverdiyev öz istəyi ilə tutduğu vəzifədən ayrılıb. “Neftçi” Rüstəm bəyə bu illər ərzində göstərdiyi xidmətə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir.
Allahverdiyev özü də gedişi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Gəldik daha bir yolun sonuna. 2018-ci il mayın 2-də “Neftçi” PFKya dəvət olunanda, nə yalan deyim, düşünmüşdüm. Çünki bu klubda işləmək nə qədər şərəf olsa da, təklif olunan vəzifə çox çətin və məsuliyyətli idi. Üstəlik, həmin vaxt “Neftçi”dəki vəziyyət də ürəkaçan deyildi. Bir neçə gündən sonra qərarımı verdim və mayın 16-da işə başladım. Bu müddətdə “Neftçi” ilə çempionluq, sadalamaqla bitməyəcək acılı-sevincli, unudulmaz anlar yaşadım. Artıq “Neftçi” ilə çıxdığım bu dəfəki yol nöqtələnir...
Bu müddətdə iş olaraq qarşıma və qarşımıza qoyulan məqsədlərin hamısına çatmasaq da, çox işlər gördüyümüzü düşünürəm. Bunlar haqqında bu statusda nəsə yazmaq istəmirəm. Bunu klubla bağlılığı olan və olmayan bir çox insan bilir.
Ən əsası, “Neftçi”dən üzüağ ayrıldığımı düşünürəm. Bu müddətdə mənə dəstək verən, birlikdə işlədiyim iş yoldaşlarıma, futbolçulara, məşqçilərə, mediada çalışan həmkarlarıma, sözümə inanıb və güvənib “Neftçi”yə maddi və mənəvi dəstək olan tərəfdaşlara, ən əsası da hazırda klub işində ən uğurlu mütəxəssislərdən ibarət qoyub getdiyim komandamın üzvlərinə təşəkkür edirəm.
Hər şey üçün təşəkkürlər, “Neftçi”! Verdiklərinə və aldıqlarına görə sənə minnətdaram! Bilmək olmaz, qismətdə varsa, bəlkə də nə vaxtsa yenidən yolumuz kəsişəcək. Ancaq sənə olan hörmətim heç vaxt tükənməyəcək. Sən Azərbaycanın ən BÖYÜYÜSƏN. Yenidən zirvələrdə olmağını arzulayıram.
Əziz “Neftçi” azarkeşləri, Siz bu klubun onurğa sütunusunuz. Bu klubun sahibi Sizsiniz. Dünən uğur var idisə, bunun səbəbi siz idiniz. Bu gün uğur yoxdursa, bunun da səbəbi Sizsiniz. Bunu 6 ilə yaxın klubun içində olan biri kimi deyirəm. Əminəm ki, “Neftçi”ni həqiqətən sevən və dəstəkləyənlər tribunada olduqca bu klub yaşayacaq və yenidən uğura doğru istiqamət alacaq. Ola bilər ki, bundan sonrakı həyatımda peşəmdən dolayı Sizdən biri olmayım, ancaq onu bilin ki, ailəmdə Sizdən biri olan Renat adında tribuna yoldaşınız yetişir!
"Forza Neftçi!" deyərək Sizinlə sağollaşıram.
Hər kəsə sevgilərlə!”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
06.11.2026
05.11.2026
04.11.2026
























