14 May 2026, Cümə axşamı
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”
"Sabah" kuboku da qazandı
“Neftçi”dən ardıcıl üçüncü çempionluq

Ölkə futbolu

“Səbail”in ilk 2 dövrədəki statistikası

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 2-ci dövrəsi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, “Səbail” PFK-nın baş məşqçisi Şahin Diniyev arxada qalan 18 turda, ümumilikdə 24 futbolçunun xidmətindən istifadə edib. Müdafiəçi Yusif Nəbiyev, yarımmüdafiəçilər Valdemar Almeyda-Pana və Yadin Luqasi 18 oyunun hər birində meydana çıxan futbolçulardır.

Geridə qalan 18 turda komanda 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətə imza atıb və ilk dövrəni 26 xalla 5-ci pillədə başa vurub. “Səbail” PFK 18 turda 26 qola imza atıb və qapısında 27 top görüb.

Vurduğu qolların sayına görə paytaxt təmsilçisi yalnız “Qarabağ” və “Turan Tovuz”dan geri qalıb. Ən məhsuldar futbolçu isə Aleksandr Ramalinqomdur. 18 turda 7 qol vuran fransız forvard bombardirlər siyahısında bu göstərici ilə ikinci pillədə qərarlaşıb. Yarımüdafiəçi Pedro Nuno isə vurduğu 5 qolla ən məhsuldar ikinci futbolçudur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31