9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Səbail"in sabiq futbolçusunun şikayəti qismən təmin edilib

Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, ilin son iclasında  "Səbail"in sabiq futbolçusu Tural Bayramlının nümayəndəsi Elcan Həsənlinin verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsinə qərar verilib. 
 
Bildirilib ki, iddiaçı Tural Bayramlının cavabdeh "Səbail" Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilib.
 
Cavabdeh "Səbail" Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) manat ödəməli olacaq.
 
Apellyasiya şikayəti qalan hissəsi təmin edilməyib.
 
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.
 
Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31