3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

"Dinamo" Mahir Emrelini satır

“Dinamo” (Zaqreb, Xorvatiya) Azərbaycan millisinin üzvü Mahir Emrelini transferə çıxaracaq.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə Xorvatiyanın slobodnadalmacija.hr saytı məlumat yayıb. Baş məşqçi Sergey Yakiroviçin qış transfer pəncərəsində bir neçə futbolçunu komandadan göndərmək istədiyi iddia olunub. Bildirilir ki, satışa çıxarılacaq futbolçulardan biri də Mahir Emrelidir.

26 yaşlı hücumçu bu mövsüm Zaqreb təmsilçisinin heyətində 22 matça çıxb, 5 qol vurub və 5 qolun ötürməsini verib.

Qeyd edək ki, M.Emreli hazırda Bakıdadır. Onun özünün də istədiyi qədər oyun şansı qazanmadığı üçün Zaqreb klubunu tərk etmək istədiyi bildirilir.

Mahir 2022-ci ilin fevral ayında "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb. Forvard bu ilin fevral ayından iyun ayınadək icarə əsasında Türkiyə "Konyaspor"unda oynayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28