Ölkə futbolu
Rəşad Sadıqov: “Vacib qələbə qazandıq”
“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun ilk dəqiqələrində gözlənilməz qol buraxdıq. Rəqibi oyundan əvvəl təhlil etmişdik. Hesabda geriyə düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Hücumlar qursaq da, fərqlənə bilmirdik. Şükürlər olsun ki, sonda iki qol vurub qalib gəldik. Rəqibin müdafiəsini yarmaq asan deyildi. Çətin məqamda oyunçularım sonda “Turan Tovuz” kimi rəqibə iki qol vuraraq, klub üçün vacib qələbə qazandıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 finalında "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransı deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Filipe Paxtman qol vursa da, yenə zədələndi. Onun durumu necədir?
- Təəssüflər olsun ki, yenə zədələndi. Son 6-7 dəqiqə qaçmırdı. Bu gün meydana çıxmasının riskli olduğunu həkimlər bizə demişdi. Amma özü də oynamaq istəyirdi. Sonda ona ehtiyac olduğunu hiss etdim. Meydana çıxdı və qolunu da vurdu. Ümid edək ki, zədəsi ciddi deyil. Təkrar zədələnə biləcəyi ilə bağlı daim qorxu içindədir. Əvvəlki matçlarda aktiv iştirak edib. O, meydanda olanda komandaya xeyir verir, etimadımızı doğruldur. Belə məqamda fədakarlıq edib meydana çıxdı, qol vurdu. Paxtman nə qədər ki, sağlamdır, ona hər zaman ehtiyacımız var.
- Final yolunuzun nisbətən uyğun olduğunu düşünürsünüz?
- Bir tərəfdən belə görünür, digər tərəfdən, çempionatın üç favoriti bir yerdədir. Bu o deməkdir ki, finala üçlükdə olmayan komanda çıxa bilər. Belə olacağı təqdirdə, çempionatda dördüncü yeri tutub Konfrans Liqasına gedə biləcək komanda mövzusu daha ağır olacaq. Belə təhlükə də var. Məsələn, ötən mövsüm çempionatda 4-cü yeri tutsaydıq da, Konfrans Liqasına vəsiqə qazanmırdıq. Çünki “Qəbələ” kuboku qazanmışdı. Buna görə, həm kubokda, həm də çempionatda sonadək mübarizə aparmalıyıq ki, sonda avrokuboklara düşək. 1/4 finaldakı “Səbail” oyununa köklənəcəyik. Açığı, bu oyunun nə vaxt baş tutacağını bilmirəm. Bizə və “Kəpəz”ə digər komandalarla müqayisədə, daha güclü rəqiblər düşmüşdü. “Turan Tovuz”un ötən mövsüm kubokdakı çıxışını da xatırlayırdıq. Bütün fikrimiz bu oyuna yönəltmişdik. Mənim üçün “Turan Tovuz”la matç “Qarabağ”a qarşı bu həftə çempionatda keçiriləcək oyundan daha vacib idi. İndi artıq “Qarabağ”ı fikirləşəcəyik.
- Bu cür gedişat gözləyirdiniz? Komandanı əlavə vaxta hazırlamışdınız?
- Təbii ki, onun da müəyyən səviyyədə hazırlıqlarını görmüşdük. Amma düzü, əvəzetmələri etdikdə ekstra-taymı düşünmürdük. Çünki 0:1 hesabı ilə uduzurduq. Düşündüm ki, qol vursaq, bir əvəzetmə əlavə olur deyə, onu edərik. Oyundan əvvəl ekstra-taymı düşünürdük.
- Ölkə kubokunun qalibi Avropa Liqasına vəsiqə qazanacaq. Azərbaycan çempionatından isə çempiondan savayı, digər vəsiqələr Konfrans Liqasınadır. Hədəflər buna görə dəyişir?
- Kubokda mümkün qədər irəliyə getmək istəyirik. Çempionatda da dördlük uğrunda mübarizə aparacağıq. Amma başa düşürük ki, 4-cü yer Konfrans Liqasına vəsiqə verməyə bilər. Komanda və məşqçi olaraq, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Çempionat gərgin keçir. Əvvəlcədən proqnoz vermək mümkün deyil. Kubok və çempionatda Avropa Liqası, həmçinin Konfrans Liqası uğrunda mübarizə aparmaq istəyirik.
- Tovuzdakı məğlubiyyətdən sonra komandada revanş hissi var idi?
- Xeyr, revanş hissi deyildi. Lakin 1/8 final görüşü bizim üçün önəmli idi. Amma bayaq dediyim kimi, kubok görüşü qarşıdakı “Qarabağ”la oyundan daha önəmli idi. Futbolçular da onu anlayırdı. Dördüncü yerin Konfrans Liqasına getməsi kubokda önəmli rol oynayacaq. Biz hər şeyi düşünürük, kuboku da, çempionatda 2-3-cü yerləri də. Bütün oyunları düşünürük.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
02.11.2026
01.11.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























