Ölkə futbolu
Qurban Qurbanov: “İnamla, güvənlə, mərdcəsinə qələbə qazanmışıq”
"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur. Bir az da yorğunluq var idi. Bu anlarda xarakter gəöstərməkləri vacibdir. Bu gün dinamika aşağı olsa da, qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. "Neftçi"yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadılar. "Neftçi" kollektivi baş məşqçinin tapşırığını yerinə yetirdi. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildi. Onlardan razı qaldım".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:
- Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə qarşılaşacaqsınız. Rəqib haqda nə deyəcəksiniz?
- Bu gün rəqib haqda çox maraqlanmadım. Çünki fikrim əsasən "Neftçi" ilə oyunda idi. Ona görə "Braqa" barədə çox az məlumat topladım. Əvvəldən də demişdim ki, potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına böyük hədəflər qoyub. Portuqaliya klubları avrokuboklara ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, "Braqa" ilə oyunlar bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. İlkin olaraq onu deyə bilərəm ki, dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək.
- Həftəiçi tarixi qələbədən sonra "Neftçi" istisna olmaqla bütün klublar "Qarabağ"ı sosial şəbəkə hesabında təbrik etdi. Bu, sizin üçün xüsusi motivasiya oldu?
- Rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdır. Bu gün hamı təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikləri. Böyüdüləsi bir şey görmürəm.
- Növbəti oyunun nəticəsindən asılı olmayaraq fasiləyə qış çempionu kimi gedirsiniz. Cəmiyyətdə belə fikir formalaşıb ki, "Qarabağ" və digərləri... Bu haqda fikriniz necədir?
- Özümüzü digərlərindən ayırmaq istəmərik. Çünki Azərbyacan futbolundakı birlik üçün bu turnir keçirilir. Sadəcə bu gün biz uğurluyuq. Sabah başqası ola bilər. Belə fikirlərin olmasını istəmərəm. Bu düşüncə ancaq bizə mane ola bilər. Çempionatın əvvəlində, ikinci dövrənin başlanğıcında böyük xal itkiləri oldu. Daha da məsuliyyətli olmalıyıq.
- "Braqa" ilə ilk görüşü səfərdə oynayacaqsınız. Bu, üstünlükdür?
- Tam ətraflı danışa bilmərəm. Çünki rəqibi yaxından tanımırıq. Sadəcə bilirik ki, həmişə avrokuboklarda qəliz rəqiblərdən olub. Portuqaliyadakı komandalar həmişə böyük rezonans doğurur. Keyfiyyətli iş prinsipləri var. Portuqaliya bazarından Avropaya xeyli sayda futbolçu gedir. Nəticəni indidən düşünmək mənim üçün düzgün olmaz. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Futbol indi elə səviyyəyə çatıb ki, bəzən evdə ilk oyunu keçirmək daha sərfəlidir. Hər bir halda, bu, böyük rəqiblərə o qədər də təsir etmir. Konkret fikir bildirə bilməyəcəyəm. Çalışacağıq ki, ən düzünü edək.
- Oyunun gedişində meydana daxil olan Juninyo və Keyta vurulan qollarda effektiv idi. Bunu öncədən planlaşdırırdınız?
- Dəyişiklik oyunun gedişatına görə oldu. Bəzi oyunçularda da yorğunluq var idi. Keyta çox vaxt sonradan oyuna çıxıb, qol vurur, qol ötürməsi verir.
- Kevin Medina "Braqa" ilə oyuna hazır olacaq? Hazır olmayacaqsa, həmin mövqeyə transfer edəcəksiniz?
- Fevrala qədər hazır olmayacaq. Əməliyyatdan sonra bərpası bəlkə 4 ay çəkdi. Transferə gəlincə, desəm ki, konkret qarşımıza məqsəd qoymuşuq ki, mütləq mərkəz müdafiəçisi alacağıq, yox. Amma mentaliteti, oyunu bizə uyğun futbolçu olsa, yox demərik. Çünki biz ilboyu oyunçuları gözdən keçiririk. Bəzən elə futbolçu çıxır ki, onu əldən buraxmaq istəmirik. Variant çıxarsa, dəyərləndirəcəyik. Olmasa, belə davam edəcəyik.
- Növbəti oyununuz Xankəndidə MOİK-ə qarşıdır... Təəssüratlarınız necədir?
- Çox xoş. Səbirsizliklə bu oyunu gözləyirik. Allah qoysa, hər şey qaydasında olar. Məncə, təəssüratlarımı oyundan sonra daha çox bildirə biləcəyəm. Hər bir halda, bu oyuna çox ciddi hazırlaşacağıq. İstəyərik ki, yaxşı oynayıb, yaxşı nəticə əldə edək.
- Ondan sonra "Zirə" ilə qarşılaşacaqsız. Həmin oyuna hazırlaşmaq üçün iki gün vaxtınız olacaq...
- Çətinlik barədə düşünmürəm. Gərginlik, yorğunluq ola bilər. Amma çətinlik haqda düşünmürəm. İlin sonudur. Dünən futbolçuların oynadıqları oyunlarına sayına baxırdıq, 30-31 matçdır. Hələ millidə oynayanlar əlavə 4-5 matça çıxıblar. Bu, ümumi fiziki yorğunluq, həm də psixoloji yorğunluq, gərginlik yaradır. Bu gün də şahidi olduq. Sanki hazırda bir az gücümüz azalıb. Bizdən gözləntilər çoxdur. Futbolçular məsuliyyətlidir. Gediş-gəliş, yol, süni örtük... Bu, futbolçuların hazırlığına problem yarada bilər. Amma ilk deyil. Tovuza gedib, sonra gəlib oyun oynamışıq. Avropada oynayıb, bütün gecəni yolda olub, qayıdıb oynamışıq. Peşəkar klubuq. Bu epizodlara çətinlik kimi baxsaq, uduzarıq. Əksinə, çalışırıq ki, futbolçular yaxşı motivasiya ilə kubok və çempionat oyununuda özlərini hazır etsinlər.
- Xoş təsadüfdür ki, "Qarabağ" Xankəndidə ordu təmsilçisi ilə oynayacaq....
- Oyundan sonra fikir bildirsəm, daha yaxşı olar. Çox da danışmaq istəmirəm. Məncə, belə də olmalıdır. Ordumuza nə qədər təşəkkür etsək, azdır. Şəhidlərimizə nə qədər rəhmət desək, yenə azdır. Qazilərimizə nə qədər dua etsək, azdır. Onlar bizdən çox yuxarıdadırlar. Heç kimin düşünmədiyi, ağlına gəlməyən bir qalibiyyət əldə olunub. Başda cənab Prezident olmaqla, inamla, güvənlə, mərdcəsinə qələbə qazanmışıq. Bəzi oyunlar olub ki, qələbəni dişinlə, dırnağınla çıxarırsan. Bunun ləzzəti başqadır. Xalqımızın birlikdə olması tarixdir. Əvəzolunmazdır. Biz evimizdə otururduq, o cür oğlanlar, kişilər nələrdən keçirdilər. Əsgərlərimiz, ordumuz həmişə bizdən yuxarıdadır. Allah ordumuzu, xalqımızı qorusun.
- Qış hazırlığı ilə bağlı planlarınız hazırdı?
- Hazırdır. Vaxt olaraq heç nə edə bilmirik. Yanvarın 5-dən Bakıda bir araya gələcəyik. Vaxt itirmək istəmədik. Qarşıda sıx qrafik başlayacaq. İstədim ki, Bakıda olaq. Vacib olan futbolçuların sağlam olmasıdır. İstəyərdim ki, futbolçularım evlərinə sağlam gedib, sağlam gəlsinlər. Gələn il mütləq daha yaxşı olmalıyıq. Rəqiblər bizə çox ciddi yanaşır.
- Yutub platformasında "Qarabağ" - "Neftçi" matçını 15 min adam izləyirdi. Onları necə stadiona cəlb edək?
- Hər oyunda belədir. Gələcəklər. Ediləsi bir şey yoxdur. Yutubdan baxanlar da bizim azarkeşlərdir. Yaxın adamlarım var, deyirlər ki, efirdən baxanda daha yaxşı olur. Çünki epizodlara təkrar-təkrar baxmaq istəyirlər. İnsanları məcbur edə bilmərik. Bizim azarkeşlərimiz çoxdur. Onların hər birinə təşəkkür edirəm. Şəhərdən, rayondan, kənddən nə qədər insan gəlir. Futbolçularıma, kluba təşəkkür edirlər ki, uğurlar qazanırıq.
- Antalya toplanışının ən vacib məqamı yoxlama matçları idi. Bəs Bakıda hansı komandalarla oynayacaqsınız?
- Çox oyun keçirməyə vaxtımız da yoxdur. Çünki planımız futbolçuları bərpa etməkdir. Bir tam ciddi rəqib olmalıdır, bir də öz aramızda ikitərəfli oyun planlaşdırırıq. Çünki ayın 23-də oyunumuz olacaq. "Zirə" ilə qarşılaşmaq mümkündür. Ən real variantlardan biri odur.
- Aleksey İsayevin "Qarabağ"a keçə biləcəyi barədə xəbərlər yayılıb...
- Maraq ola bilər. Yerlilərdən çox futbolçuya maraq var. Bəzən elə anlar var ki, biz nə oyunçuya təklif edə bilərik, nə də rəhbərliyə. Çünki hamı yerli, yaxşı oyunçuya ehtiyac duyur. Amma Aleksey bizə təklif edilsə, yox demərəm. Lakin bizim ona nə ciddi təklifimiz var, nə də marağımız var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Səbail”də yeni sponsor?
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Millimiz Gürcüstana məğlub oldu
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- Kölgədə qalmaq
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- İfeanyi Metyu: “Bu gərgin qrafikdə azarkeşlərin dəstəyinə çox ehtiyacımız var”
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- Etirazın cəzası məlum oldu - 15 min manat
- Qara Qarayev UEFA B kateqoriyalı məşqçi kursunda
- “Neftçi” üçün vacib oyunöncəsi şad xəbər
- “Neftçi” böyük sıçrayış edib, halbuki qışda hamı mövsümün boşa getdiyini deyirdi”
-
23:00
“Neftçi”yə tətbiq olunan transfer qadağası aradan qaldırıldı
-
21:25
"Zirə" Qubada vacib 2 xal itirdi
-
19:53
"İmişli" - "Zirə" oyununda qalib aşkarlanmadı VİDEO
-
19:31
"Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, may ayında palçıqda futbol oynayırıq"
-
18:28
AFFA lisenziyaları payladı: Növbəti mövsüm Premyer Liqada hansı klublar iştirak edə bilər?
-
18:14
"Böyük Dəbilqə": Cüdoçuları ilk günü medalsız başa vurublar
-
17:45
İntizam Komitəsi I Liqa klublarının futbolçularını cəzalandırdı
-
17:27
Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq
-
16:59
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri məlum olub
-
16:40
AFFA-dan “Qarabağ”a ümumilikdə 20 oyun cəza, 71 500 manat cərimə
-
16:31
Dünya Seriyası: "Neftçi" yarımfinalda uduzub
-
16:18
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
-
16:02
PFL-in çempionluq sevinci FOTOLENT VİDEO
-
15:46
Azərbaycanın çimərlik güləşçiləri Vyetnamda yarışacaqlar
-
14:53
I Liqada 26-cı turun oyunlarının başlama vaxtı açıqlandı
-
13:37
Futzal üzrə birinci liqada çempion müəyyənləşdi
-
13:15
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
-
13:00
Rəşad Sadıqov: “Əlimizdən gələni edəcəyik ki, finalda sevinən tərəf olaq”
-
12:49
AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib
-
12:21
Azərbaycan Kuboku: 30 final, 289 463 tamaşaçı
-
12:08
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord müraciət
-
11:52
Ronaldo 971-ci qolunu vurdu
-
11:36
Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
-
11:14
"Aston Villa" darmadağınla finalda VİDEO
-
10:47
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:05
“Cəbrayıl” - “Baku Sportinq” matçında 5 qol VİDEO
-
07:59
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
19:30
ÇL-də həftənin ən yaxşı o seçildi
-
19:12
"Neftçi" və "Araz-Naxçıvan"dan qələbə
-
18:59
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır FOTOLENT
-
18:41
Dövlət qurumları arasında keçirilən yoldaşlıq oyununda qollu heç-heçə
-
18:28
Orxan Məmmədov: “Ümid edirik ki, finalda hakim səhvi olmayacaq” - ÖZƏL
-
18:04
Boksçuları "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 45 medal qazanıblar
-
17:35
“Neftçi”: mövsümün son ev oyununun biletləri satışda
-
16:57
Bakıda UEFA-nın A kateqoriyalı kursunun V mərhələsi başa çatıb
-
16:13
Dünya Seriyası: "Neftçi" 1/4 finalda
-
15:26
Bakıda UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən yarış başa çatıb
-
15:00
Xabi Alonso "Çelsi"də?
-
14:42
“Sponsorumuz dedi ki, kuboku qazansaq, komandada bir nəfər ev, digərlərinə pul mükafatı verəcək” VİDEO
-
13:59
"CBC Sport" "Bavariya" - PSJ matçının yayımlanmaması ilə bağlı açıqlama yaydı
-
13:11
AMADA 2027-ci ildən qüvvəyə minəcək antidopinq yeniliklərini federasiyalara açıqlayıb
-
12:38
Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaqlar
-
12:24
Dünya Seriyası: "Neftçi" ilk oyunda qələbə qazanıb
-
12:05
"İmişli"nin əməkdaşları "Trabzonspor"un düşərgəsində
-
11:43
Kvaratsxeliya ÇL-in tarixinə düşdü
-
11:17
ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:56
"Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda
-
09:00
FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
-
23:17
Varqasın qolu rekord qırır: 16 milyondan çox baxış VİDEO
08.05.2026
07.05.2026
06.05.2026























