Ölkə futbolu
“Qarabağ”ın heyətində portuqaliyalılara qarşı oynamış Gerye: “Azərbaycan çempionu favoritdir”
"Qarabağ"a inanıram. Orada oynamışam və bilirəm ki, bu heyət yüksək təcrübəyə malikdir. Avrokuboklarda komandanın nüfuzu böyükdür. "Braqa"ya gəldikdə, onlar da öz növbələrində yaxşı oyun üslubları var. Böyük ad, nüfuza sahibdirlər. Bu matçlar "Qarabağ" üçün böyük təcrübə olacaq”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Ağdam klubunun UEFA Avropa Liqasının pley-offunda Portuqaliya “Braqa”sına rəqib olmasına münasibət bildirərkən deyib.
O, bu cütdə hansısa komandanı fərqləndirməyin çətin olduğunu söyləyib: “Nəticə barədə nəsə deyə bilmərəm. Bilirəm ki, hər iki komanda futbol oynamağı, topla rəftarı sevirlər. "Qarabağ" AL-də bir çox nəticələrlə hər kəsi təəcübləndirib. Belə top kluba qarşı oynamaq "Qarabağ" üçün çətin olacaq. Meydanda hər iki komanda sona qədər mübarizə aparacaq. Hər iki komandanın zəif və güclü cəhətləri var. Ona görə də onlar haqqında dəqiq nəticə bildirmək mənə görə çətindir”.
Gerye qeyd edib ki, ürəyi “Qarabağ”ladır: “Futbol dilində desək, meydanda hər şeyini qoyan komanda qalib olacaq. Ürəyim "Qarabağ"ladır. Buna heç kimin şübhəsi olmasın. Onların hər oyununu izləyirəm. Belə komandada çıxış etdiyim üçün hər zamam fəxr etmişəm. Əlbəttə, bu matçda "Qarabağ"ın qalib gəlməsini istəyirəm. Orada çıxış edən hər kəs bu komandanın adı uğrunda mübarizə aparmalıdır”.
D.Gerye “Qarabağ”ın heyətində 5 il əvvəl digər Portuqaliya təmsilçisi "Sportinq"ə qarşı oynayıb. Haitili futbolçu həmin anları belə xatırlayır: “Sportinq”lə görüş karyeramda oynadığım ən yaxşı matçlardan biri idi. Ümumilikdə, Portuqaliya komandaları fiziki cəhətdən güclü olur. Onlar topla oynamağı, bütün meydan boyu qaçmağı sevirlər. "Sportinq"lə "Braqa" fərqli komandalardır, fərqli oyun üslubları var. Həmin il Lissabon təmsilçisinin heyətində Nani, Bruno kimi yüksək nəticələrə sahib oyunçular var idi. Amma "Braqa"nı çox izləmirəm. Bildiyim odur ki, nüfuzlu ada sahibdirlər. Düşünürəm ki, "Qarabağ" "Braqa" qarşısında favoritdir”.
Gerye bu gün keçiriləcək "Qarabağ" - "Neftçi" matçına da toxunub: “Bu, Azərbaycan üçün böyük derbidir. Bu matçın başlamasını gözləyirəm. Hər iki komandada oynayan biri kimi deyə bilərəm ki, bu klublar daim istedadlı oyunçularla zəngin olublar. Bununla belə, "Qarabağ"ın oyun üslubunu hazırda daha çox bəyənirəm. Onların heyətində 5 il çıxış etmişəm. Qurban Qurbanovun oyun fəlsəfəsinə, mentalitetinə arxayınam və yaxşı tanıyıram. Bu baş məşqçi komandanı həmişə qələbəyə aparan yolda yetişdirir. Futbolçuları döyüşməyə səsləyir. İnanıram ki, "Qarabağ" bu matçda qalib gələcək. "Neftçi" üçün də çətin oyun olacaq. Amma bu komandanın da heyəti də zəngindir. Ümumilikdə Azərbaycan xalqı bu iki komandanın oyunundan zövq alır".
O, sabiq baş məşqçisi Qurban Qurbanovun müsbət keyfiyyətləri barədə də danışıb: "Ağdam təmsilçisi hazırda düzgün yoldadır. Bu matçda "Neftçi"nin onları məğlub etməsi çətin olacaq. Bununla belə, futbolda hər şey baş verə bilər. Qurban Qurbanovun oyununa bələdəm. O insan əgər bu gün "Barselona", sabah "Səbail"lə qarşılaşsa belə, hər iki matça komandasını eyni cür hazırlayacaq. Qurban Qurbanov həmişə meydana çıxıb döyüşməyin lazım olduğunu bizlərə xatırladardı. O, həmişə belə olub, belə də qalacaq. Qurbanov heç vaxt əldə etdikləri ilə kifayətlənən insan deyil, həmişə daha böyük uğurlara can atıb. Oyunçulara da baş məşqçi məhz hər oyunda bunu aşılayıb. Həmişə qarşısında olan oyunçunun kimliyindən asılı olmayaraq yalnız uğur qazanmağın vacibliyini vurğulayıb. Nəticədən asılı olmayaraq maraqlı matç olacaq. Matçın başlamasını səbirsizliklə gözləyirəm”.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
10:00
Azərbaycan kubokunda I mərhələyə yekun vurulur
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
09:20
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Neftçi” ən yaxın izləyicisinə qarşı
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
09.10.2026
08.10.2026
07.10.2026
























