9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

14 ildən sonra heç-heçə seriyası

Azərbaycan Premyer Liqasının XV turu ilk oyun gününün hər iki matçında heç-heçə qeydə alınması ilə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, “Araz-Naxçıvan” - “Səbail” görüşü 1:1, “Turan Tovuz” - “Sumqayıt” qarşılaşması 2:2 hesabı ilə nəticələnib.

XIV turun son günündə də iki heç-heçə qeydə alınmışdı. Həmin gün “Neftçi” - “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” - “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Bu, ölkə çempionatları tarixində iki günü əhatə edən 9-cu heç-heçə seriyasıdır. Amma əvvəlki 8 belə seriyadan yeddisində oyun sayı daha az olub. Yalnız 14 il əvvəl - 2009-cu dekabrında iki fərqli turu əhatə edən iki gün ərzindəki 4 matçda qalib müəyyənləşməyib. Ayın 6-da üç, 8-də bir matç keçirilib ki, onların hamısı bərabərliklə nəticələnib. XIII turun “İnter” - “Xəzər Lənkəran” və “Qəbələ” - “Qarabağ” oyunları 1:1, həmin gün baş tutan “Muğan” - “Simurq” və XIV turun “Karvan” - “Turan” görüşləri qolsuz bitib (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31