29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

Moe: "Qarabağ"dan daha yaxşı idik"

"Bakıdakı oyunda "Qarabağ" bizdən daha yaxşı perfromans göstərmişdi. Ona görə qalib gəldilər. Amma bu gün 90 dəqiqə daha yaxşı tərəf biz idik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Mölde"ni baş məşqçisi Erlinq Moe Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, görüşdə komandasının Ağdam təmsilçisindən daha yaxşı çıxış etdiyini söyləyib: "Komandamla fəxr edirəm. "Qarabağ" çox güclü komandadır. Onlara qarşı çox yaxşı performans göstərdik. Oyunçularıma təşəkkür edirəm. Bu performansı "Bayer Leverkuzen"ə qarşı göstərməyə çalışacağıq".

Mütəxəssis "Qarabağ"ın Avropa Liqasında uğurlu çıxışını istəyərdinizmi" sualını bu cür cavablandırıb: "Qarabağ"ı hələ təbrik etməyəcəyəm. Çünki şansımız var. "Bayer Leverkuzen"lə matçımız olacaq. "Qarabağ" çox yaxşı komandadır. Önəmli odur ki, növbəti mərhələdə "Qarabağ"a və ya bizə rəqib kim düşəcək".

E.Moe matçdan sonra Qurban Qurbanovu təbrik etməsinə də toxunub: "Bəli, onun əlini sıxdım. Qurban Qurbanov uzun illərdir ki, "Qarabağ"a baş məşqçilik edir. Onu təbrik edirdim ki, "Qarabağ"ı udmaq çətindir. Ona uğurlar arzuladım".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31