Ölkə futbolu
Şahin Diniyev: "Kubokda hədəfimiz bacardığımız qədər irəli getməkdir"
“Bu oyun kubokda bizim üçün ilk başlanğıcdır. Yolumuza davam etmək istəyirik. Ona görə də bugünkü matça ciddi yanaşmışdıq. “Şəfa” ilə görüşdə daha çox oynamayanlara şans verdik. İkinci hissədə əvəzedici heyətin 7 üzvünün meydanda olması bizim üçün sevindirici haldır”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, iki komanda arasında səviyyə fərqinin hesabda əks olunduğunu bildirib: “Bu gün Aleksandr Ramalinqoma da 20-25 dəqiqə oynamaq üçün şans yaratdıq. Rəqib aşağı liqa təmsilçisi olsa da, futbolçularım matça ciddi yanaşdılar. Təbii ki, iki komanda arasında fərq var. Amma istənilən halda I və II Liqa təmsilçilərinin kuboka qoşulması yaxşıdır. Bu təşəbbüsə görə PFL və AFFA rəhbərliyinə təşəkkür edirəm. Bu matç “Şəfa” üçün də yaxşı təcrübə oldu”.
“Əvəzedici heyət üzvlərindən razı qaldınızmı?” sualını mütəxəssis belə cavablandırıb: “Əvəzedici heyətdən gələn oyunçular ümumi ansamblı pozmadılar. Amma öz üzərlərində hələ çox çalışmalıdılar. Bu gün Premyer Liqada oynamağa hazı olduqlarını deyə bilmərəm”.
Diniyev kubokdakı hədəflərindən də söz açıb: “Növbəti mərhələdə “Zaqatala” - “Şamaxı” cütünün qalibi ilə qarşılaşacağıq. Rəqibin adı ciddi fərq kəsb etmir. Onsuz da asan oyun olmur. Hər matça ciddi yanaşmalıyıq. Yolumuza dava etmək istəyiriksə, rəqiblər arasında fərq qoymamalıyıq. Kubokda hədəfimiz bacardığımız qədər irəli getməkdir. Əlimizdən gələni edəcəyik ki, bu yarışda maksimum irəliləyək”.
“Şəfa” ilə matç başa çatdıqdan sonra Diniyev ilk olaraq komandasının deyil, rəqibin paltardəyişmə otağına yollanıb. O, addımının səbəbini belə izah edib: “Bəli, “Şəfa”nın paltardəyişmə otağına yollandım. Onlara dəstək oldum. Bildirdim ki, böyük hesablı məğlubiyyətə baxmayaraq, ruhdan düşməsinlər. Bu səviyyədə ilk oyunları idi. Təcrübələri az olsa da, hiss olunurdu ki, komanda futbol oynamaq istəyir. Düşünürəm ki, istiqaməti düz tutsalar, bir müddət sonra daha yaxşı yerlərə gələ biləcəklər”.
Sonda “Səbail”in baş məşqçisi həftə sonu ölkə çempionatının XV turunda qarşılaşacaqları “Araz-Naxçıvan”la matç barədə danışıb: “Araz-Naxçıvan” yaxşı komandadır. Debütant olsalar da, heyətlərində yaxşı futbolçular var. Komandanın buna qədərki nəticələri göstərdiyi oyuna görədir. Yəni hazırkı mövqeləri təsadüfi deyil. Odur ki, bizi çox çətin oyun gözləyir. Çalışacağıq ki, gözəl futbol sərgiləməklə sərfəli nəticə qazanaq”.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
09:00
“Neftçi” üçün liderlik şansı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























