Ölkə futbolu
7 saatlıq ürək əməliyyatı və ya 2013 cü ildə bitməli olan karyera
“Neftçi”nin yetirməsi, son illər Azərbaycan futbolunun ən parlaq simalarından biri Ruslan Abışov bu gün futbolçu karyerasını rəsmən başa vurur.
Futbolxeber.az saytının məlumatına görə, Abışov doğma klubu “Neftçi”nin “Zenit”ə qarşı keçirəcəyi yoxlama oyununda futbolla vidalaşacaq.
Qardaşı Sərxan İbrahimoğlu vida günündə Ruslanla bağlı xatirələrini bölüşüb. S.İbrahimoğlunun feysbuk səhifəsində yer alan yazını təqdim edirik:
- Onsuz da doğma klubu “Neftçi”dən əzəli rəqibi “Xəzər-Lənkəran”a keçəndən ürəyi çox sıxılırdı. Allah tərəfi, “Rubin”dən gələn növbəti təklif tam ürəyindən olmuşdu.
Yeni klubuna yollanmazdan 5 gün əvvəl burnundakı çəpər əyriliyi səbəbi ilə keçirdiyi əməliyyat uğursuz alınmışdı. Bu səbəbdən komandanın ilk məşqlərini kəskin qanaxmaya görə dəfələrlə yarımçıq saxlayırdı.
Bir neçə gündən sonra isə tibbi müayinədən keçməli və “Rubin”lə 5 illik müqavilə nəzərdə tutulmuşdu. Antalyanın adlı-sanlı klinikalarının birində keçirilən müayinə nədənsə bitmək bilmirdi. Klub həkimlərinin klinika mütəxəssisləri ilə uzun sürən diskussiyası heç də xoş əlamət deyildi. Nəhayət, xəstəxanın baş həkimi məni otağına dəvət edib, olduqca məyus halda, eyni ilə bu ifadəni işlətdi: “Ruslanın ürəyində ciddi problem var, qardaşınızın bu vəziyyətdə futbol oynamağı mümkün deyil” və mən... (şərhsiz)
Daha sonra bu vaxta qədər necə futbol oynadığına təəccübləndiyini bildirdi. Mən isə ona acığımdan məsələni şişirtdiyini, mərdimazarlıq etdiyini dedim və ondan daha məsuliyyətli rəy verməsini tələb etdim. Ancaq heç nə dəyişmədi. Müayinənin nəticələri dərhal Almaniyaya göndərildi və oradan gələn cavab ailəliklə hamımızı sarsıtdı.
Bəli, Ruslan ürəyindən əməliyyat olunmalı idi. Karyerasını davam etdirmək üçün bu, qaçılmaz idi. Sonrakı aqibəti isə həkimin qərarından asılı idi. Ölkədə isə müqavilənin niyə bu qədər uzandığını məndən soruşmayan adam qalmamışdı. Əslində nəinki “Rubin”, ümumiyyətlə, qardaşımın karyerasının bitmək üzrə olduğunu qəbul etmişdik.
7 saat davam edən əməliyyatın ardından hər şeyin qaydasında olduğunu bildirdilər. 5 gün sonra almaniyalı həkimdən böyük həyəcanla gözlədiyimiz rəyi, yarım aya yaxın, gülməyən üzümüzü az da olsa, güldürdü. Bundan sonra oynamağında cüzi də olsa, risk qalırdı. Lakin həkim Bundesliqada oynayan bəzi futbolçuların da məhz bu problemlə üzləşdiyini və əməliyyat olunduqdan sonra oynaqdıqlarını da deyərək son qərarı Ruslanın özünə saxlamışdı.
O, artıq Bakıya qayıtmış, bir müddətdən sonra yerli klubların birində karyerasını davam etdirmək barəsində fikirləşirdi. Bu anda “Rubin”in baş məşqçisi Qurban Berdiyevdən gələn gözlənilməz zəng, həqiqətən, təsirli olmuşdu. Ruslanın psixologiyasının hansı vəziyyətdə olduğunu başa düşən Berdiyev ona toparlanmaq üçün vaxt verəcəyini və daha da güclü qayıdacağına inandığı üçün ona kömək edəcəyini bildirmişdi. 2 gün sonra isə Ruslan artıq “Rubin”lə İspaniyanın Marbella şəhərindəki düşərgəsində idi.
Məlum əməliyyatdan sonra Ruslanın oyunlarını bacardıqca stadiondan canlı izləməyə çalışırdım. Adi epizodlarda yerdə yarım saniyə hərəkətsiz qalanda belə dərhal ağlıma hər cür fikir gəlirdi...
Allaha çox şükür, qardaşım artıq bu gün, karyerasında sonuncu oyununa çıxacaq. Ona ən çox yaraşan ağ-qara formasıyla “Zenit”ə qarşı matçdan sonra futbolla vidalaşacaq. Doğma klubu “Neftçi” ailəsinə Abışovun ürəyindəki arzusunu reallaşdırdığı üçün təşəkkür edirəm!
Bundan başqa, hər zaman Ruslana dəstəyini əsirgəməyən, mənim idman jurnalistikasında olan qardaşlarıma, bütün azarkeşlərə (xüsusilə sadiq azarkeşlərinə) sidqi-ürəkdən minnətdarlığımı bildirirəm!
Hə, bir də, evimizdə 5 yaşlı daha bir Ruslan Abışov var. Qismət olsa, yenə görüşərik.

P.S. Şəkli əməliyyatdan əvvəl göndərmişdi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























