Ölkə futbolu
Adi Mehremiç: “Anlaya bilmirəm ki, hakim necə ofsayt qərarı vermədi”
“Səbail”in müdafiəçisi Adi Mehremiçin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduz. Yenilgini necə şərh edərdiz?
- “Qarabağ”a qarşı oynamaq hər zaman çətindir. Onlar neçə illərdir çempiondurlar. Komandanın heyəti çox güclüdür. Heyətdəki 24 futbolçunun hamısı çempionatda yüksək səviyyədə çıxış edə bilər. Əslində, pis oynamadıq. Sadəcə ilk yarıda heç nədən, çox sadə qollar buraxdıq. Üçüncü qolda isə anlaya bilmirəm ki, hakim necə ofsayt qərarı vermədi. VAR-a 5 dəqiqə baxırlar. Halbuki mən 100 faiz əminəm ki, orda ofsayt idi. Bəlkə də həmin qol olmasaydı, biz fərqləndikdən sonra nəyəsə ümid edə bilərdik. Hər halda 1:3-lə 1:2 arasında fərq var.
- Bu mövsüm çoxları hakimlikdən narazılıq edir...
- Hər oyunda hansısa mübahisəli məqam olur. Lakin bu barədə çox danışmaq istəmirəm. Oynamaq, xallar qazanmaq lazımdır.
- “Qarabağ”la oyuna ciddi itkilərlə çıxmışdız. Bu məqam matçdan öncə komandada “onsuz da uduzacağıq” fikri formalaşdırmamışdı?
- Yox, belə düşünmürdük. Düzdür, Ağabala və Ramalinqomun yoxluğu bizim üçün ciddi itkidir. Bu gün də onların yeri meydanda görünürdü. İnanıram ki, tezliklə hər ikisi yenidən bizimlə birgə olacaq.
- Heyətdəki itkiləri nəzərə alsaq, qarşıdakı fasilənin “Səbail”in xeyrinə olacağını söyləyə bilərik?
- Təbii ki, bu fasilə xeyrimizədir. Bir qədər dincələcəyik, gücümüzü bərpa edəcəyik. İnşallah zədəlilərimiz də sıraya qayıdacaq. Fasilədən sonra yenidən güclü “Səbail” görəcəyinizə əminəm.
- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsız. Bu komandanın son turda “Araz-Naxçıvan”ı məğlub etməsi sizin üçün sürpriz oldu?
- Çempionat elə keçir ki, hər hansı nəticəyə təəccüblənmək olmur. Hər komanda digərini məğlub edə bilər. Sadəcə köklənmək və hər oyunda 100 faiz gücünü meydanda qoymalısan.
- Son zamanlar meydanda komanda yoldaşınız Yusif Nəbiyevlə aranızda mübahisə yarandığına şahidlik edirik və bu hal artıq bir neçə dəfə təkrarlanıb. Səbəb nədir?
- Aramızda hər hansı bir problem yoxdur. Mən də, Yusif də enerjili oyunçularıq. Uduzmağı sevmirik, hər zaman qalib gəlmək istəyirik. Nəsə alınmayanda dərhal buna reaksiya veririk. Yəni oyunlar zamanı belə halların yaşanması normaldır. Nə olursa, meydanda da qalır. Meydandan kənarda yaxın dostuq və bir-birimizlə çox yaxşı anlaşırıq.
- “Sumqayıt” bu tur “Neftçi”ni məğlub etməklə turnir cədvəlində sizi geridə qoydu...
- Xalımız eynidir, sadəcə “Sumqayıt” şəxsi görüşdə üstünlüyə malikdir. İlk dövrədə onlara uduzmuşduq. Dekabrın sonunda yenidən üz-üzə gələcəyik. İnanıram ki, həmin matçda ilk turdakı məğlubiyyətin əvəzini çıxıb, qış fasiləsinə üçüncü pillədə yollanacağıq.
- Belə çıxır ki, hazırkı məqamda “Səbail”in məqsədi qış fasiləsinə ilk üçlükdə yollanmaqdır?
- İkinci dövrəni üçüncü, yaxud dördüncü pillədə başa vursaq, əla olar. Bunun üçün sona qədər mübarizə aparacağıq. Rəhbərlik qarşımıza konkret üçüncü olmalısız deyə hədəf qoymayıb. Sadəcə mən avrokuboklara vəsiqə qazanmağı çox istəyirəm. Fərqi yoxdur, çempionatdan, yaxud kubokdan.
- Kubokun püşkünü “Səbail” üçün uğurlu saymaq olar, düzdür?
- Olar. Bilirəm ki, “Qarabağ”, “Neftçi” və “Sabah” kimi komandalarla finala qədər qarşılaşmayacağıq. Bu da kubokla bağlı ümidləri artırır. Lakin indidən bu barədə çox danışmaq istəmirəm. Həm ona hələ vaxt var, həm də bizim tərəfdə yer alan kollektivlər də zəif deyillər.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
02.11.2026
01.11.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























