4 May 2026, Bazar ertəsi
"Sumqayıt"dan hakimlərə etiraz
“Kəpəz” və "İmişli" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Vernidub: “Bu oyun suyumu çıxardı”

Ölkə futbolu

"Sumqayıt" rekorda imza atıb

Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi"ni səfərdə 2:1 hesabı ilə məğlub edən "Sumqayıt" yeni nailiyyətə imza atıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, xallarının sayını 21-ə çatdıran "gənclik şəhəri" təmsilçisi qış fasiləsinə qədər olan dövr üçün mütləq rekorda imza atıb.
 
Şəhərin eyniadlı klubu heç vaxt fasiləyə kimi bu qədər xal toplamayıb.
 
Premyer Liqada 2011/12 mövsümündə debüt edən “Sumqayıt” qışadək 14, hətta 18 oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Buna qədər rekord 20 xala bərabər idi. Komandanın hesabında 2012/13 mövsümündə 18, 2017/18 mövsümündə isə 14 matçdan sonra 20 xal olub.
 
Qeyd edək ki, qış fasiləsinə qədər olan 5 turda sumqayıtlılar bu rekordu yeniləmək imkanına da malikdirlər.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31