Ölkə futbolu
Şahin Diniyev: “Hər iki cəbhədə vuruşacağıq”
“Səbail”in baş məşqçisi Şahin Diniyevin Futbolxeber.az saytına müsahibəsi
- Bu gün Azərbaycan Premyer Liqasının XII turunun - “Zəfər turu”nun açılış matçında “Turan Tovuz”la qarşılaşacaqsız. Ardıcıl 2 xal itkisindən sonra “Səbail” bu gün qələbə qazana biləcək?
- Hər oyuna son matç kimi yanaşırıq. Turnir cədvəlindəki sıxlıq, hər komandanın digərinə yaxın olması səbəbindən 3 xallıq sistemdə hər matç böyük əhəmiyyət kəsb edir. Bu gün də meydana 3 xal üçün çıxacağıq.
- Rəqibi necə dəyərləndirirsiz?
- “Turan Turan” güclü rəqibdir. Yaxşı məşqçiləri var. Taktiki cəhətdən ağılı oynayırlar. Rəqibin heyətindəki futbolçuların bacarığı uğurlu nəticə qazanmağa imkan verir.
- Vacib oyunöncəsi heyətdə hansı itkilər var?
- Zədəlilərimiz çoxdur. Adil Nağıyev əvəzedicilərin heyətində sıradan çıxdı, əməliyyat olunan Vüqar Həsənov yenicə komandaya qoşulub. Yusif Nəbiyev zədəlidir. Durumuna bu gün aydınlıq gələcək. İndidən meydana çıxıb-çıxmayacağı məlum deyil. Adi Mehremiçin də kiçik zədəsi var. Lakin düşünürəm ki, bu gün o, komandaya kömək edə biləcək. Cabir Əmirli bilirsiz ki, əməliyyat olunub. Onun yoxluğu ciddi itkidir. Fikir verdizsə, bütün itkilərimiz arxa xətlə bağlıdır. Buna görə də müdafiədə ciddi problemlərimiz ola bilər.
- Bilirəm ki, hazırda bütün diqqətinizi çempionata yönəltmisiz, lakin kubokla bağlı da fikirləriniz maraqlıdır. Artıq turnirin püşkü atılıb. Nəzərə alsaq ki, finala qədər “Qarabağ”, “Neftçi” və “Sabah”la qarşılaşmaq ehtimalınız yoxdur, püşkü “Səbail” üçün uğurlu hesab etmək olar?
- Düz deyirsiz, doğrusu, hazırda kuboku düşünmürəm. Yaxşı yerdə olduğumuz üçün bütün gücümüzü, fikrimizi çempionata yönəltmişik. Amma bu o demək deyil ki, kuboka ciddi yanaşmayacağıq. Kubok oyunlarına zaman var. İlkin mərhələlərdə heyətdə rotasiya da edə biləcəyik. Bu, müsbət haldır. Razıyam ki, “Qarabağ”, “Sabah” və “Neftçi”nin bir setkada olması digərlərinə final şansı verir. Amma digər klubları da unutmaq olmaz. “Səbail”, “Zirə”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Qəbələ” - bu klubların səviyyəsi arasında ciddi fərq yoxdur.
- Böyük ehtimalla, 1/8 finalda “Şamaxı” ilə qarşılaşacaqsız. “Səbail” ötən mövsüm Premyer Liqadan uzaqlaşdırdığı “Şamaxı”nı bu mövsüm də kubokdan kənarlaşdıra biləcək?
- İndidən bu haqda danışmaq tezdir. “Şamaxı”nı keçmək heç də asan olmayacaq. Hazırda Premyer Liqada olmasa da, bu komandanın təcrübəsi var. Odur ki, bizi heç də asan oyun gözləmir.
- Hər nə qədər zaman olsa da, sensasiya baş verməyəcəyi təqdirdə 1/4 finalda “Zirə” - “Turan Tovuz” cütünün qalibi ilə qarşılaşacaqsız. Bu komandalardan hansını rəqib kimi görmək istərdiz?
- İlk növbədə ora çatmaq lazımdır. Digər tərəfdən də dediyim kimi, Premyer Liqada hazırda qüvvələr nisbəti eynidir. Rəqiblər arasında ciddi fərq yoxdur. Həm “Zirə”, həm də “Turan Tovuz” ciddi rəqibdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
04.11.2026
03.11.2026
02.11.2026
























