Ölkə futbolu
Şahin Diniyev: “Panikaya düşmürük, yıxılmışıqsa, qalxmalıyıq” (MÜSAHİBƏ)
“Səbail”in baş məşqçisi Şahin Diniyevin Futbolxeber.az saytına müsahibəsi
- Ötən tur “Səbail”in 6 turluq məğlubiyyətsiz oyunlar seriyasına son qoyuldu. Yəqin ki, qarşılaşmadan sonra matçı analiz etmisiz. “Neftçi”yə məğlubiyyətə əsas səbəb nə oldu?
- Hər bir işdə başlanğıc və son var. Qələbə qazanmısansa, məğlub olmağı da qəbul etmək lazımdır. Ən əsası biz oynayaraq məğlub olduq. Oyun üslubumuza görə "Neftçi"dən geri qalmadıq. 3-cü qolu vurub hesabı bərabərləşdirə bilərdik. Lazımsız bir məqamda qapımızdan top buraxdıq. Komandanın ən xoşuma gələn cəhəti hər bir matça qələbə üçün çıxmasıdır. Rəqibin kimliyindən asılı olmayaraq məqsədimiz birdir. Bu oyun da belə oldu. Bəlkə də ikinci qoldan sonra geri çəkilib heç-heçə hesabını qoruya bilərdik. Turnir cədvəli baxımından bu, yaxşı olardı. Futbolçularımız "comeback" etməyə öyrəşiblər. Artıq bir neçə oyundur bunu sübut edirdilər. İstəkli idilər. Komandanın oyun üslubu var. Düşünürəm ki, komanda bu cür davam etsə, xallar toplayacaq. Komandamız dinamik, sürətli futbol oynayır. Futbolçulara inanırıq, heç nədən qorxumuz yoxdur.
- Mövsümün əvvəlinə də komanda məğlubiyyətlə başlamışdı və 3 tur qələbə qazana bilmədi. Təqvimin çətinliyini nəzərə alsaq, eyni ssenarinin ikinci dövrədə də təkrar olmaq ehtimalı sizi nə dərəcədə narahat edir?
- Haqlısınız. İlk 3 turdan sonra 1 xalımız var idi. Amma əvvəlki 9 oyun kimi bu matçlar belə olmayacaq. Bu, tam fərqli bir çempionatdır. Hər bir komanda ölüm-dirim mübarizəsi aparır. Heç kim deyə bilməz ki, bundan sonra bütün oyunlarda uduzacaq və ya qalib gələcək. Bu oyunla nəticələrimiz gələcək. Panikaya düşmürük. Yıxılmışıqsa, qalxmalıyıq.
- Növbəti tur “Zirə” ilə qarşılaşacaqsız. Bu matçı 6 xallıq oyun hesab etmək olar?
- "Zirə" çempionatımızın lideridir. Bir komanda belə bir çempionatda 10 tur ərzində lider qalıbsa, bu, adi bir şey deyil. Bizi çətin bir oyun gözləyir. Turnir cədvəli baxımından bəli, bu, 6 xallıq oyundur. Prinsipiallıq baxımından bu matçın mahiyyətini anlayırıq. Layiqli oynayıb uğurlu nəticə qazanmağa çalışacağıq. Hesab necə olacaq? Bunu zaman göstərəcək.
- Cabir Əmirlini çıxmaq şərti ilə heyətdə hər hansı bir itki var?
- Cabir Əmirlidən başqa bir zədəli Vüqar Həsənovdur. Əməliyyatdan sonra qrup məşqlərinə bu həftə qoşulacaq. Digər oyunçularla problem yoxdur.
- Bilirik ki, “Səbail”in ehtiyat oyunçular skamyası geniş deyil.
Artıq bu məqamın əziyyətini hiss etməyə başlamısızmı?
- Rotasiya üçün böyük futbolçu seçimləri olmalıdır. İddialı olub addım-addım irəliləməliyik. Maddi baxımdan o qədər böyük büdcəmiz yoxdur ki, hər mövqeyə 2 eyni səviyyəli oyunçu götürək. Cabirin mövqeyində tək müdafiəçimiz var idi. Mövsümün əvvəlində o mövqeyə lazımi oyunçunu ala bilmədik. Bununla belə, o mövqedə çətinliyimiz olmayacaq. Bunu bəhanə etməyə ehtiyac yoxdur.
- “Qarabağ”ın sabahkı oyunundan gözləntiləriniz nədir? Komandanın Almaniyadan xalla qayıtmaq şansları nə qədərdir?
- Dünən "Qalatasaray" - "Bavariya" matçını izlədik. Münhen klubu Almaniya ikincisidir, "Bayer Leverkuzen" isə Bundesliqa lideridir. Əgər ikinci yerdə olan komanda belə bir futbol oynayırsa, görün, lider necə oyun sərgiləyəcək. “Qarabağ” “İnter”, “Çelsi”, "Roma" kimi komandalara qarşı oynayıb. Amma bu cür futbol oynayan komanda ilə Ağdam təmsilçisi ilk dəfə qarşılaşacaq. Düşünürəm ki, "Qarabağ"ın onlarla oynamağa təcrübəsi çatır. Amma reallıq budur, Leverkuzen təmsilçisi "Qarabağ"dan 2 baş üstündür. Ağdam təmsilçisi taktikanın hesabına "Bayer Leverkuzen"in sürətini azalda bilər. Təmsilçimizin heyətində belə oyunçular var. Hər nə qədər rəqib güclü olsa da, “Qarabağ”dan uğurlu nəticə gözləyirik.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
03.10.2026
02.10.2026
























