8 Avqust 2026, Şənbə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Ölkə futbolu

Ranqnik: "Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır"

"Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır".

Futbolxeber.az saytının məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik oktyabrın 16-da Bakıda Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis həmin görüşdə final mərhələsinə vəsiqəni təmin etmək istədiklərini bildirib: "Bu, fərqli matç olacaq. Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək".

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun saat 20:00-da başlayacaq. Avstriya ötən gün Belçikaya evdə 2:3 hesabı ilə uduzub, Azərbaycan isə səfərdə Estoniyaya qalib gəlib - 2:0.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31