30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

“Kəpəz”in ev oyunlarını Tovuzda keçirəcəyi dəqiqləşdi

"Kəpəz" Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən verdiyi məlumata görə, Gəncə təmsilçisinin müraciəti, “Turan Tovuz”un razılıq məktubu nəzərə alınaraq, “Kəpəz”in Tovuzda oynaması ilə bağlı qərar qəbul edilib.

Tərəflərin razılığı ilə Azər Məmmədovun yetirmələri ev matçlarını bu arenada keçirəcəklər. “Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

PFL yuxarıda qeyd olunan məqamlarla bağlı Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Azərbaycan Premyer Liqası

X tur

21 oktyabr

15:00. “Kəpəz” - “Zirə”

Tovuz şəhər stadionu.

Əvəzedicilər Liqası

X tur

19 oktyabr

14:00. “Turan Tovuz” - “Qarabağ”

Tovuz şəhər stadionu.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30