9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

“Futbolçularımın əziyyətinə heyfim gəlir”

“Futbolçularımın əziyyətinə heyfim gəlir. Bu gün rəqibdən üstün, yaxşı futbol oynadılar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün “Azersun Arena”da keçirilmiş Azərbaycan - Şimali İrlandiya qarşılaşmasından sonra 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Samir Əliyev deyib.

O, standart vəziyyətdən buraxılan qola görə təəssüflənib: “Rəqibi təhlil etmişdik. Hansı mövqelərdə üstün olduğunu bilirdik. Təəssüf ki, standart vəziyyətdən sonra qol buraxdıq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hətta penaltidən istifadə edə bilmədik. Bu oyunu unudub qarşıdakı Lüksemburqla matça hazırlaşmalıyıq. Növbəti qarşılaşmada qələbə qazanmaq lazımdır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31